Bu gün Dünya Gülüş Günüdür
01 Aprel 2025, 12:15
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
944
25.02.2025, 10:59
Elə Azərbaycanlı qadınlar olub ki, onların yaşadıqlarına dözmək insandan kişi qüdrəti istəyir. Onlardan biri də 14 yaşı oğlu ilə iki dəfə sürgün edilən Cahan Talışinskayadır.
Oxu24.com xəbər verir ki,Cahan xanım Talışinskaya 1909-cu ildə fevralın 9-da Lənkəran şəhərində anadan olub. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi. 1918-ci ildə ailəsi ilə birgə Bakıya köçüb. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım “Yeni yol” qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi.
Cahanın gözəl musiqi duyumu olduğundan o, bacısının evindəki pianoda, tarda müxtəlif musiqilər ifa edirdi. Bacısının yanında qaldığı illərdə Azərbaycan Qızlar Seminariyasına daxil olur. Təhsil almaqla yanaşı Əli Bayramov klubundakı bədii özfəaliyyət dərnəyinə gedir.
1927-ci ildə Bakı şəhərinin radio şəbəkəsində işə qəbul olur. Elə həmin il ailə qurur. 1928-ci ildə oğlu Nazim dünyaya gəlir.
Övladı doğulan kimi Cahan xanım həyat yoldaşı Məmməd Hacıbəyovdan ayrılır. Cahan xanım bir çox konsertlərdə çıxış edir, Azərbaycanın bir çox rayonlarına və hərbi hissələrə qastrola çıxır.
O, həmçinin xalq mahnılarının, Azərbaycan muğamlarının gözəl ifaçısına çevrilir. Onunla bir dövrdə yaşayıb yaratmış musiqiçilərin sözlərinə görə Cahan xanımın ifa etdiyi “Şahnaz”, “Segah”, “Bayatı-Şiraz”, həmçinin “Qarabağ şikəstəsi” muğamları özünəməxsusluğu ilə seçilir. Xüsusilə “Qatar” muğamı onun repertuarının şah əsəri olur.
Çox vaxt onu Qatar Cahan da çağırırlar. 30-cu illərin əvvəlində Əfqanıstan şahı Əmənulla xan Bakıya səfər edir. Onun şərəfinə qonaqlıq verilir. Qonaqlıqdan sonra konsert proqramında iştirak edən Cahan xanımın ifası şahın xoşuna gəlir və minnətdarlıq əlaməti olaraq şahın xanımı qızıl qol saatını Cahan xanıma hədiyyə edir. Ertəsi gün Cahan xanımı NKVD-yə dəvət edirlər və saatı bir günlüyə ondan alırlar. Növbəti gün saatı ona qaytaranda arxasında “Cahan Talışinskayaya Əmənulla xandan” sözləri yazılmış olur.
Həmçinin oxuyun
Davamı TV11-in videomaterialında...
Müəllif: Sərdar Amin
12:15 / 01 Aprel 2025
Estoniya Ukraynadan olan qaçqınları "sıxır"
1
12:15 / 01 Aprel 2025
Bu gün Dünya Gülüş Günüdür
4
11:51 / 01 Aprel 2025
Məhkəmə Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verib
236
11:49 / 01 Aprel 2025
Hacı Vəliyev saxlanıldı
22
11:26 / 01 Aprel 2025
Polad Həşimovun arxiv FOTOSU
159
11:20 / 01 Aprel 2025
Tükürpədici hadisə: Ailəsi ilə birlikdə öldü
37
11:16 / 01 Aprel 2025
İlham Əliyev İran Prezidentinin siyasi məsələlər üzrə müşavirini qəbul edib
25
10:59 / 01 Aprel 2025
Tramp Hindistanı Rusiya neftinə alternativ axtarmağa məcbur edir
24
10:55 / 01 Aprel 2025
Daha bir Avropa ölkəsi Ukraynaya sülhməramlılar göndərə bilər
34
10:52 / 01 Aprel 2025
Almaniya Azərbaycandan üzr istədi
186
10:45 / 01 Aprel 2025
Endokrinoloji Mərkəzin direktoru işdən çıxarıldı - Yeni təyinat
34
10:36 / 01 Aprel 2025
Şəhid anası vəfat etdi - Foto
116
10:28 / 01 Aprel 2025
“E-Polis” də daha bir yenilik
36
10:25 / 01 Aprel 2025
Tailandda turistləri daşıyan qayıq partlayıb
32
10:20 / 01 Aprel 2025
Bu gündən sürücülük vəsiqəsi etibarsız sayılır
44
10:15 / 01 Aprel 2025
Rubl və dollar neçəyədir?
32
09:48 / 01 Aprel 2025
Ermənistan atəşə tutur
279
09:46 / 01 Aprel 2025
İran Prezidentinin müşaviri Azərbaycanda səfərdədir
35
09:45 / 01 Aprel 2025
Bakıda qəza: Ölən var
39
09:43 / 01 Aprel 2025
Müğənniyə yüksək rütbə verildi
38
09:35 / 01 Aprel 2025
Niyə hec kəsə süpürgə vermək olmaz?
36
09:23 / 01 Aprel 2025
Ukrayna hakimiyyəti seçki planlaşdırmır.
84
09:14 / 01 Aprel 2025
Şəhriyarla Teymur reytinqdə gerilədi
43
09:07 / 01 Aprel 2025
Əhaliyə xəbərdarlıq
59
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.