Azərbaycanda ən çox viza bu ölkələrə verilib - Siyahı
12 Aprel 2025, 22:19
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
504
22.01.2025, 12:58
Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğlu, 11 il əvvəl Qaraçuxurda Cümə məscidini yandırdığı üçün terrorçuluqda təqsirli bilinən Namiq Nəsibovun cinayət işinə xitam verilib.
Oxu24.com un əldə etdiyi məlumata görə, “PKK” terror təşkilatını dəstəkləmiş N.Nəsibov bir neçə ay əvvəl ürək çatışmazlığından vəfat edib.
Bu günlərdə məhkəməyə daxil olan sənəddə göstərilib ki, onun ölümü ilə bağlı rəyi Abşeron rayonunun Masazır Həkim Məntəqəsi verib. Görünən odur ki, psixi xəstəliyi sübut olunduğu üçün Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicəyə cəlb edilən Namiq sonradan oradan çıxa bilib.
Şəxsin ölümünə görə ötən gün məhkəmə son qərar qəbul edib. N.Nəsibovun barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Həmçinin oxuyun
Qeyd edək ki, N.Nəsibov cinayəti Elnur Ələkbərovla birgə törətmişdi və həmin şəxsə 15 il azadlıqdan məhrumetmə cəzası verilmişdi.
Xatırladaq ki, cinayət hadisəsi baş verən vaxt Namiq Nəsibov barəsində mediada çoxsaylı məlumatlar yayılmışdı. Bildirilirdi ki, o, tibb təhsilli olub. Əvvəl Bakıda, sonradan Suriyada könüllü şəkildə həkim işləyib. İstintaq materiallarında yazılırdı ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında “PKK” terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib.
O, həmin ölkənin Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə “PKK” terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradaraq ətraflarına tərəfdarlar toplamağa başlayıb. Namiq və Elnur sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib. Namiqin daha əvvəl PKK terror təşkilatının lideri Abdullah Öcalanın şəkli olan köynəyi geyinib paylaşımlar etməsi cəmiyyətdə qınaqla qarşılanmışdı.
Məlumat üçün bildirək ki, Namiq Nəsibovun atası Kamil Nəsibova Sadınlar, Malıbəyli, Xanallar, Surası kəndlərinin müdafiəsində göstərdiyi xidmətlərə görə ölümündən sonra - 1993-cü ildə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
23:54 / 12 Aprel 2025
Trampdan Rusiya ilə bağlı - Fərman
24
23:04 / 12 Aprel 2025
Polis bu qızı axtarır
106
22:51 / 12 Aprel 2025
Bərdədə qadın "TikTok"da mübahisə etdiyi şəxslə görüşərək, onu bıçaqlayıb
29
22:30 / 12 Aprel 2025
Ticarət mərkəzindəki biabırçı hadisə kameraya düşdü — VİDEO
100
22:25 / 12 Aprel 2025
Bu uşaq axtarılır
40
22:19 / 12 Aprel 2025
Azərbaycanda ən çox viza bu ölkələrə verilib - Siyahı
77
22:12 / 12 Aprel 2025
Azərbaycanla Türkiyə arasında müttəfiqlik gündəliyində duran məsələlər müzakirə olunub
33
22:02 / 12 Aprel 2025
Toylarda bu adət qadağan olunur? - Açıqlama
47
21:50 / 12 Aprel 2025
Televiziyanın operatoru görün nədən öldü
803
21:37 / 12 Aprel 2025
İdmançı hamilə halda oyuna çıxdı — VİDEO
226
21:02 / 12 Aprel 2025
Evin şəhid olan tək oğlu — 18 yaşında şəhadətə ucalmışdı
430
20:54 / 12 Aprel 2025
Beyni sağlam saxlayan 7 qida: Zehni gücü artırır
99
20:46 / 12 Aprel 2025
Panik atakı olanlar mütləq oxusun! — Həkim xilas yolunu açıqladı
1496
20:44 / 12 Aprel 2025
Maqnit qasırğası olacaq
60
20:40 / 12 Aprel 2025
Zəlzələ oldu
57
20:03 / 12 Aprel 2025
İQ səviyyənizi bu testlə yoxlayın — Doğru cavab
502
20:00 / 12 Aprel 2025
17 yaşlı oğlan itkin düşdü - Foto
54
19:41 / 12 Aprel 2025
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
72
19:06 / 12 Aprel 2025
SON DƏQİQƏ! Baş Prokurorluq Elşad Abdullayevlə bağlı açıqlama yaydı
1189
17:50 / 12 Aprel 2025
Polis bu şəxsi axtarır
251
17:40 / 12 Aprel 2025
Mehriban xanım Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib
103
17:17 / 12 Aprel 2025
Azərbaycanda zəlzələ oldu
907
15:07 / 12 Aprel 2025
Korotçenkodan XƏBƏRDARLIQ: “İrana hücum gündəmdədir, Rusiya əlindən gələni edəcək”
130
14:59 / 12 Aprel 2025
Çərdəyi uddu, orqanın kəsib götürdülər - FOTO
136
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.