Füzulidə 12 yaşlı uşaq atdan yıxılıb öldü
29 Avqust 2026, 10:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
805
11.12.2024, 15:07
Prezident İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiq edib.
Oxu24.com xəbər verir ki, qanuna əsasən, əgər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hər hansı üçüncü tərəflər və ya hər hansı podratçı tərəflər ilə sərbəst təbii qaz yataqlarının işlənməsini qərara alarsa, o zaman tərəflər bu cür işlənmə üçün şərtləri və müddəaları razılaşdırmalıdırlar.
Qaz sazişi olaraq bu layihə ilə “Azəri-Çıraq-Günəşli” hasilatın pay bölgüsü sazişinin kontrakt sahəsinin coğrafi hüdudları daxilində yerləşən, lakin kontraktla əhatə olunmayan sərbəst təbii qaz yataqlarındakı hasil edilməmiş qaz və maye karbohidrogenlərin işlənməsi nəzərdə tutulur. Eyni zamanda tərəflərin layihənin mövcud hasilatın pay bölgüsü sazişi əsasında həyata keçirilən layihə və onun əməliyyat prosesləri ilə bağlılığını nəzərə alaraq, layihənin mövcud podratçı şirkətlərlə birgə işlənməsi qərara alınıb.
İkinci Qoşma bu il avqustun 1-də Bakıda SOCAR ilə Azərbaycan (AÇG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Ekvinor Abşeron AS, Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., MOL Azərbaycan, Ltd., ONGC Videş Limited, Türkiye Petrolleri A.O. arasında imzalanıb.
AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
10:55 / 29 Avqust 2026
5
10:42 / 29 Avqust 2026
25
10:37 / 29 Avqust 2026
44
10:30 / 29 Avqust 2026
37
10:28 / 29 Avqust 2026
39
10:15 / 29 Avqust 2026
45
09:52 / 29 Avqust 2026
54
09:43 / 29 Avqust 2026
50
09:30 / 29 Avqust 2026
46
09:15 / 29 Avqust 2026
49
08:59 / 29 Avqust 2026
51
23:54 / 28 Avqust 2026
168
23:28 / 28 Avqust 2026
119
23:11 / 28 Avqust 2026
96
22:56 / 28 Avqust 2026
128
22:32 / 28 Avqust 2026
135
22:12 / 28 Avqust 2026
115
21:45 / 28 Avqust 2026
81
21:09 / 28 Avqust 2026
134
20:50 / 28 Avqust 2026
147
20:40 / 28 Avqust 2026
169
20:07 / 28 Avqust 2026
118
19:53 / 28 Avqust 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.