Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12494
az

Bakının məşhur prokuroru 64 yaşında vəfat etdi

11:4028 Aprel, 2019
1160
CƏMİYYƏT
  • A
 
Uzun müddət prokurorluq sistemində rəhbər vəzifələrdə çalışmış Şirxan Adıgözəlov vəfat edib.

Oxu24.com  publika.az-a istinadən xəbər verir ki, xeyli vaxtdır şəkərli diabetdən əziyyət çəkən 63 yaşlı Ş.Adıgözəlov səhhəti son günlərdə ağırlaşıb, tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Adıgözəlov Şirxan Yusif oğlu 26 sentyabr 1955-ci ildə Azərbaycanın Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. O, uzun müddət prokurorluq sistemində çalışıb, 2004-cü ildən 2009-cu ilə kimi Bakı şəhəri Yasamal rayon prokuroru vəzifəsində çalışıb. 2008-ci ildə Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, cinayət işləri üzrə ibtidai istintaqın aparılmasında, cinayətlərin açılmasında və məhkəmədə dövlət ittihamının müdafiəsində yüksək peşəkarlıq göstərdiyinə, xidməti vəzifəsinin yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan prokurorluğunun yaranmasının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidendi İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 2009-cu ildən 2014-cü ilə kimi Bakı şəhəri Səbail rayon prokuroru vəzifəsində çalışıb.

Şirxan Adıgözəlov həmdə Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru idi.

Allah rəhmət eləsin! Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi