Zorla ərə verilən 17 yaşlı qız cehiz alınarkən qaçdı
30 Avqust 2026, 19:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
301
30.11.2024, 20:24
19:54
Cəlilabad rayonunun Hacıməmmədli kəndində yaşayan 1991-ci il təvəllüdlü Leyla Hikmət qızı Heydərovanın itkin düşməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
OXU24.COM xəbər verir ki, Biləsuvar rayonundan gəlin köçən Leyla üç uşaq anasıdır və yaxınlarının sözlərinə görə, o, son dövrlərdə ciddi psixoloji gərginlik keçirirmiş.
Ailənin verdiyi məlumata əsasən, Leyla noyabrın 24-də kəndi tərk edib. Həyat yoldaşı və ailə üzvləri qohum toyunda olduğu üçün evdə heç kəsin olmaması Leylanın çıxmasına imkan yaradıb. Hadisədən sonra ailə yerli hüquq-mühafizə orqanlarına müraciət edib.
Leylanın qayınatası gəlininin hazırda Biləsuvar rayonundakı qohumlarının evində olduğunu ehtimal edir.
Həmçinin Leylanın həyat yoldaşı üç uşağını da götürərək Bakıya köçüb və rəsmi boşanma üçün sənədlər hazırlamağa başlayıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
-------------
13:06
Cəlilabadda 33 yaşlı qadın itkin düşüb.
OXU24.COM xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Heydərova Leyla Hikmət qızı noyabrın 24-də yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.
Leyla Heydərovanın boyu 170 sm, gözləri qəhvəyidir. O, evdən çıxan zaman əynində qara rəngli köynək, qara şalvar, ağ idman ayaqqabısı, boz rəngli gödəkçə olub.
İtkin barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
19:27 / 30 Avqust 2026
11
18:36 / 30 Avqust 2026
183
18:33 / 30 Avqust 2026
53
17:55 / 30 Avqust 2026
83
17:25 / 30 Avqust 2026
83
17:15 / 30 Avqust 2026
86
17:10 / 30 Avqust 2026
105
16:55 / 30 Avqust 2026
93
16:55 / 30 Avqust 2026
104
16:35 / 30 Avqust 2026
93
16:30 / 30 Avqust 2026
96
16:28 / 30 Avqust 2026
397
16:04 / 30 Avqust 2026
527
15:29 / 30 Avqust 2026
403
15:15 / 30 Avqust 2026
87
15:14 / 30 Avqust 2026
249
15:09 / 30 Avqust 2026
241
15:02 / 30 Avqust 2026
208
14:55 / 30 Avqust 2026
78
14:39 / 30 Avqust 2026
694
14:28 / 30 Avqust 2026
610
14:24 / 30 Avqust 2026
95
13:40 / 30 Avqust 2026
223
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.