Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124379
az

Azərbaycanda piylənmədən ən çox qadınlar əziyyət çəkir

17:3630 Noyabr, 2024
10
CƏMİYYƏT
  • A

Müasir dövrün ən aktual xəstəliklərindən biri də piylənmədir. Bu gün dünyada piylənmədən əziyyət çəkən insanların sayı bir milyarddan çoxdur və hər il təxminən üç milyon insan piylənmənin yaratdığı fəsadlar səbəbindən həyatını itirir.

OXU24.COM -un məlumatına görə, Respublika Endokrinoloji Mərkəzin həkim endokrinoloqu Lalə Məmmədova da "Kaspi"yə açıqlamasında təsdiqləyib ki, son vaxtlar piylənmə problemi ilə bağlı Mərkəzə müraciət edənlərin sayı artıb.

Həkim bildirir ki, artıq çəki ilə bağlı ölkəmizdə də ciddi problemlər var:

"Bu gün biz metabolik sindromla ciddi şəkildə mübarizə aparırıq. Bu, müasir dövrün geniş yayılan və ciddi sağlamlıq problemidir. Bu sindrom bir sıra metabolik pozğunluqların bir araya gəlməsi ilə xarakterizə olunur və ürək-damar xəstəlikləri, diabet və yüksək təzyiqə yol açır. Bu sindiromun ən önəmli səbəbi piylənmədir. Yəni biz tək piylənmə ilə mübarizə aparmaqla diabet, yüksək təzyiqi və ürək damar xəstəliklərinin də qarşısını almış oluruq. Metabolik sindromdan qorunmaq üçün erkən müdaxilə və düzgün həyat tərzi vacibdir. Bu səbəbdən də piylənməyə erkən yaşda müdaxilə çox mühümdür".

Həkim deyir ki, artıq çəki probleminin ilkin mərhələsi uşaq yaşlarından başlayır. Ana və nənələrin uşağı daha çox yedizdirməsi, kök uşağın gələcəkdə daha güclü ola biləcəyi düşüncəsi piylənməyə qapı açır: "Son bir neçə ildə artıq çəkili uşaqlarla daha çox rastlaşırıq. Məsələn, bir sinifdə 20-30 şagirddən 4-5-i artıq çəkili olur. O uşaqlarla danışıb, araşdıranda görürük ki, ailədə zob, şəkər, təzyiq xəstəliyi var. Belə davam edərsə, bu uşaqlar da o xəstəliklərlə mübarizə aparmalı olacaq. Ona görə də, piylənməni uşaq vaxtından aşkarlamaq, üstünə düşmək gələcəkdəki sağlamlıq problemlərinin qarşısını alır. Sağlam qidalanma bu məsələdə çox vacibdir".

O qeyd edib ki, Azərbaycanda piylənmə problemi qadınlarda daha çox rast gəlinir: "Qadınlarımız kişilərdən daha çox artıq çəki, şəkər, təzyiqdən əziyyət çəkirlər. Bu, qadınların orqanizmi ilə bağlıdır". 

Həkim deyir ki, artıq çəkinin qarşısını almaq üçün sağlam qidalanmaq və hər gün yürüş etmək lazımdır: "Ən vacib nüans yeməyin porsiyasının azlığıdır. Çox yemək insan orqanizmində ciddi fəsadlar yaradır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“WhatsApp”ın yeni funksiya
Bu ərazidəki mənzillər təmir ediləcək
Yatmazdan əvvəl dişlərimizi fırçalamasaq, nə olar?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı