Tanınmış həkim vəfat edib - FOTO
30 Avqust 2026, 22:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
535
29.11.2024, 10:41
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC hər kəsin “bulud”xidmətlərindən faydalana biləcəyi yeni “AzInCloud” platformasını istifadəyə verib.
Ölkənin ən böyük “bulud” provayderi olan “AzInTelecom” MMC platforma üzərindən müasir alətlərlə təchiz olunmuş “bulud” xidmətləri təqdim edir. Platformada tam idarəolunabilən infrastruktur, təhlükəsiz məlumat saxlama, təkmilləşdirilmiş kibertəhlükəsizlik, 24/7 dəstək xidmətləri göstərilir. “İstifadə etdiyin qədər ödə” modeli ilə fəaliyyət göstərən platforma istifadəçilərə rahat “bulud” idarəetməsi, çeşidli hazır əməliyyat sistemləri, “bulud” market, monitorinq xidməti kimi xüsusi imkanlar da təqdim edir. Platformada istifadəçilərin resurs tələblərinə uyğun paketlər təklif olunur.
Özünəxidmət platforması kimi fəaliyyət göstərən “AzInCloud” ictimai “bulud” xidməti hesab olunur və bütün qurumlar, o cümlədən kiçik və orta bizneslər, fərdi sahibkarlar, eləcə də fiziki şəxslər üçün əlçatandır. İstifadəçilər xidmət ofisinə getmədən, sadəcə www.azincloud.az platformasında onlayn şəkildə qeydiyyatdan keçməklə bir neçə dəqiqə ərzində öz “bulud” infrastruktur mühitini formalaşdıra bilərlər.
“AzInCloud” platformasının əsas məqsədi biznes mühitində rəqəmsal transformasiyanı təşviq etmək, Azərbaycanda bizneslərin və fərdlərin rəqəmsallaşmadakı rolunu artırmaqdır.
Ətraflı məlumatı platformanın veb-səhifəsindən əldə edə bilərsiniz.
Qeyd edək ki, hazırda “AzInTelecom” MMC iki müasir Data Mərkəz üzərindən “bulud” xidmətləri göstərir. “TIER 3” standartları ilə çalışan data mərkəzlərində təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub.
23:17 / 30 Avqust 2026
22
22:54 / 30 Avqust 2026
69
21:59 / 30 Avqust 2026
77
21:17 / 30 Avqust 2026
98
21:17 / 30 Avqust 2026
90
20:11 / 30 Avqust 2026
80
20:05 / 30 Avqust 2026
71
19:27 / 30 Avqust 2026
145
18:36 / 30 Avqust 2026
531
18:33 / 30 Avqust 2026
119
17:55 / 30 Avqust 2026
178
17:25 / 30 Avqust 2026
120
17:15 / 30 Avqust 2026
122
17:10 / 30 Avqust 2026
257
16:55 / 30 Avqust 2026
128
16:55 / 30 Avqust 2026
148
16:35 / 30 Avqust 2026
119
16:30 / 30 Avqust 2026
125
16:28 / 30 Avqust 2026
630
16:04 / 30 Avqust 2026
637
15:29 / 30 Avqust 2026
834
15:15 / 30 Avqust 2026
107
15:14 / 30 Avqust 2026
340
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.