Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124150
az

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

11:4428 Noyabr, 2024
28
CƏMİYYƏT
  • A

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 1-də Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanını keçirəcək.

Oxu24.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda 207 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İddiaçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanın müddәti 2 saat 30 dәqiqәdir və ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isә yazılı tapşırıqların yerinә yetirilmәsinә (esse və vizual mәlumatın yazılı tәsviri üçün) ayrılır.

İmtahanın keçirilməsi üçün ümumilikdə iki imtahan binası, üç imtahan rəhbəri, iki ümumi imtahan rəhbəri, 19 nəzarətçi, üç buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

İmtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan dekabrın 4-də keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk dörd blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.

Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Qeyd edək ki, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı dekabrın 2-də keçiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentdən SOCAR-la bağlı SƏRƏNCAM
Ombudsman təyyarə qəzası nəticəsində xəsarət almış şəxsləri ziyarət etdi -FOTO
Prezidentdən təyyarə qəzasında xəsarət alan bələdçilərlə bağlı SƏRƏNCAM

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır