Əliyevalar klassik avtomobil sərgisində - FOTOLAR
31 Avqust 2026, 01:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
393
27.11.2024, 16:04
Ana Vətən Partiyasının (AVP) qurucusu, keçmiş deputat Fəzail Ağamalı və övladları - Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalı məhkəməyə verilib.
Oxu24.com “Qaynarinfo”ya istinadən xəbər verir ki, iddiaçı “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətidir.
QSC-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Ülkər Həsənova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi kredit müqaviləsinə dair mübahisələrlə bağlıdır.
“Aqrarkredit” QSC Fəzail Ağamalı və övladları ilə yanaşı, “Agricola” şirkətini, Ağamalı Samirə Akif qızı, Ağamalı Kamran Yalçın oğlu, Ağamalı Orxan Yalçın oğlu və İmanova Suğra Sevindik qızı adlı vətəndaşları da məhkəməyə verib.
Məlumata görə, Samirə Ağamalı, Kamran Ağamalı və Orxan Ağamalı keçmiş deputatın nəvələridir.

“Agricola” MMC-yə gəlincə, açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Hətta Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında belə, şirkətin adına rast gəlinmir.
Sayt məsələ ilə bağlı Fəzail Ağamalı ilə əlaqə saxlayıb. Keçmiş deputat məlumatı təsdiqləyib.
Fəzail Ağamalı bildirib ki, kredit bir neçə ilə əvvəl “Agricola” şirkəti üçün götürülüb. Lakin pandemiya dövründə şirkətin işi axsayıb: “Bu baxımdan, kredit ödənilməsində müəyyən problem yaranmışdı. Artıq “Aqrarkredit”in rəhbərliyi ilə danışıqlar aparılıb və kreditin hissə-hissə ödənilməsi barədə razılıq əldə olunub”.
Eks-deputat kreditin məbləğini açıqlamaq istəməyib. Amma məlumata görə, söhbət böyük məbləğdə kreditdən gedir.
Xatırladaq ki, Fəzail Ağamalı Milli Məclisin I, II, III, IV, V və VI çağırış deputatı olub. O, cari ilin sentyabrında keçirilən parlament seçkilərinə qatılmayıb. Bu dəfəki seçkidə keçmiş deputatın qızı Günay Ağamalı namizədliyini irəli sürüb və 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən mandat qazanıb.
01:31 / 31 Avqust 2026
113
23:17 / 30 Avqust 2026
284
22:54 / 30 Avqust 2026
171
21:59 / 30 Avqust 2026
175
21:17 / 30 Avqust 2026
169
21:17 / 30 Avqust 2026
142
20:11 / 30 Avqust 2026
131
20:05 / 30 Avqust 2026
85
19:27 / 30 Avqust 2026
222
18:36 / 30 Avqust 2026
685
18:33 / 30 Avqust 2026
144
17:55 / 30 Avqust 2026
198
17:25 / 30 Avqust 2026
145
17:15 / 30 Avqust 2026
131
17:10 / 30 Avqust 2026
985
16:55 / 30 Avqust 2026
139
16:55 / 30 Avqust 2026
169
16:35 / 30 Avqust 2026
126
16:30 / 30 Avqust 2026
135
16:28 / 30 Avqust 2026
820
16:04 / 30 Avqust 2026
667
15:29 / 30 Avqust 2026
1017
15:15 / 30 Avqust 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.