Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123895
az

Bakı-Qazax yolunda ağır qəza: 5 nəfər xəsarət aldı

22:1825 Noyabr, 2024
49
CƏMİYYƏT
  • A

Bakı-Qazax yolunda zəncirvari qəza olub.

OXU24.COM "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobus, "Toyota", "Fiat" və "Opel" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Onlar 43 yaşlı Bayramova Fərqanə Lətif qızı, 34 yaşlı Qurbanova Türkanə Səfi qızı, 36 yaşlı Daşdəmirova Ramilə Əli qızı, 68 yaşlı Rüstəmov Arif Lətif oğlu və 54 yaşlı Məmmədova Qərənfil Lətif qızıdır.

Hazırda faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həkim uşaqların soyuqdəyməsindən danışdı: "Əslində, soyuq hava xəstələndirmir"
Qəhvə beyinə necə təsir edir? - Maraqlı araşdırma
Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan şikayətlərə baxılıb

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+