Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
31 Avqust 2026, 17:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
249
25.11.2024, 14:54
"Bakıda söküntü işlərinin aparılması əsasən sifarişçilərdən, o cümlədən iş adamlarından asılıdır".
Oxu24.com xəbər verir ki, bunu "Report"a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
"Bizim hazırladığımız Baş plan paytaxtın inkişaf istiqamətlərini və lazımi məhdudiyyətləri müəyyən edir. Amma şəhərin hansısa ərazisində nə vaxt hansı işin aparılacağı ayrı-ayrı sifarişçilərdən, o cümlədən iş adamlarından, eləcə də icra hakimiyyətlərindən asılıdır. Təbii ki, söküntü Bakının daha pis vəziyyətdə olan məhəllələrdən başlanılacaq və illərlə bu işlər aparılacaq. Hazırda tikinti şirkətləri köhnə binaları söküb yerində yeni binalar tikməkdə maraqlıdırlar və bu layihələr həm Bakıda, həm də regionlarda həyata keçirilir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, ilkin mərhələdə yaşayış şəraiti daha pis olan bir-iki mərtəbəli, plansız-nizamsız tikilmiş evlər sökülə bilər:
"Bundan başqa, dövlətin müəyyən etdiyi kifayət qədər qəzalı binalar var. Belə binalar əsasən Bakıda, eləcə də kiçik həcmdə Gəncə və Sumqayıtdadır. Bu binalarla bağlı xüsusi dövlət komissiyası yaradılıb. Bizim komitəyə tapşırıq verilib. Komitənin rəhbərliyi ilə işçi qrupu yaradılıb və aidiyyəti dövlət qurumları ilə birgə inventarizasiya aparılır. Addım-addım bu məhəllələrin sökülməsi, amma ilk növbədə insanların təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Elə bina var ki, sökülüb yerində yeni bina tikilə bilər və ora iş adamları cəlb ediləcəklər, amma elə yer də var ki, tikinti aparıla bilməz, həmin yer sadəcə abadlaşdırılacaq. Bunu da yalnız özəl vəsait hesabına etmək çətin olacaq. Dövlət müvafiq dəstək göstərməlidir".
17:31 / 31 Avqust 2026
17
17:30 / 31 Avqust 2026
19
17:25 / 31 Avqust 2026
60
17:22 / 31 Avqust 2026
29
17:18 / 31 Avqust 2026
32
17:16 / 31 Avqust 2026
40
17:12 / 31 Avqust 2026
57
17:05 / 31 Avqust 2026
380
17:03 / 31 Avqust 2026
51
16:59 / 31 Avqust 2026
54
16:52 / 31 Avqust 2026
61
16:45 / 31 Avqust 2026
54
16:41 / 31 Avqust 2026
128
16:38 / 31 Avqust 2026
55
16:30 / 31 Avqust 2026
53
16:26 / 31 Avqust 2026
408
16:17 / 31 Avqust 2026
108
16:08 / 31 Avqust 2026
77
15:58 / 31 Avqust 2026
69
15:55 / 31 Avqust 2026
75
15:50 / 31 Avqust 2026
63
15:49 / 31 Avqust 2026
62
15:47 / 31 Avqust 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.