Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123700
az

Prezident sərəncamlar İMZALADI

20:2122 Noyabr, 2024
313
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi, onların dairəsi və səlahiyyət müddətlərini tənzimləyən normalar müəyyənləşib.

Oxu24.com  xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Komissiya 15 üzvdən ibarətdir. Komissiyanın 5 üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilir.

 

Ucuz qiymətə ev və obyekt satılır - TƏCİLİ

 

Qanuna əsasən, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin səlahiyyət müddəti 5 il olacaq.

Keçid müddəasına əsasən, bu qanun qüvvəyə minənədək təyin edilmiş Komissiya üzvlərinin 5 illik səlahiyyət müddəti bu qanun qüvvəyə mindiyi gündən hesablanacaq.

Komissiyanın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən üzvləri hüquq-mühafizə orqanlarının rəhbərləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxsləri sırasından təyin ediləcəklər. Komissiyanın Milli Məclis tərəfindən müəyyən olunan üzvləri deputatlar, Hesablama Palatasının üzvləri və Milli Məclis Aparatının rəhbərliyi sırasından seçiləcək. Komissiyanın Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən üzvləri məhkəmə, prokurorluq, ədliyyə orqanları və Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət olacaq. Komissiyanın sədri onun tərkibindən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə seçiləcək.

Komissiya üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam veriləcək:

- öz arzusu ilə

- tutduğu vəzifədən azad edildikdə;

- barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;

- Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;

- Komissiyanın nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verdikdə;

- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;

- vəfat etdikdə, yaxud məhkəmə tərəfindən ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə.

Komissiya üzvü Komissiyadakı vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda həmin maraqlar barəsində Komissiyanın sədrinə məlumat verməli və Komissiya üzvlərinin rəyi öyrənilməlidir. Komissiyanın üzvü Komissiya sədrinin və Komissiyanın digər üzvlərinin rəyinə uyğun olaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış etməməli və səsvermədə iştirak etməməlidir.

Komissiya ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üzrə işin təşkili və birgə tədbirlərin həyata keçirilməsi, sahə üzrə tədqiqat, təhlil materiallarının hazırlanması, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində müvafiq tədbirlərin yerinə yetirilməsi, habelə maarifləndirmənin həyata keçirilməsi üçün dövlət orqanlarının (qurumlarının) müvafiq sahə üzrə nümayəndələrindən ibarət işçi qruplar yarada bilər.
İşçi qrupların tərkibinə müvafiq sahələr üzrə qeyri-hökumət təşkilatları, media subyektləri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər daxil edilə bilər.

İşçi qrupların hazırladığı sənədlər Komissiyanın iclaslarında müzakirəyə çıxarıla və müvafiq qərarlar qəbul edilə bilər.

***

Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə təqdim olunacaq məlumatların əhatə dairəsi genişlənir.

Bu Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Elm və Təhsil Nazirliyi tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar; tabeliyindəki tibb müəssisələrinə münasibətdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar Sistemə əlavə olunacaq.

Eyni zamanda fərmana əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsində iştirak edən digər dövlət orqanları (qurumları) tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar da Sistemdə əksini tapacaq.

Nazirlər Kabineti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Otel yanır
Daha bir küçədə avtobus zolağına saat     tətbiq   edildi
Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu