Hidayət Heydərov ailəsi ilə - Fotolar
31 Avqust 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
291
22.11.2024, 19:13
Ağstafa rayon Köçəsgər kənd sakini Mehman Məmmədov Ələsgər oğlunun iddiasına görə,tanışı İbadət Məhərrəmov Həsən oğlu ondan oğlu Sərxan Məmmədov Mehman oğluna yüngül cəza veriləcəyi adı ilə tanışı şəmkirli iş adamı İbadət Məhərrəmov onun 58 min manat və 4500 ABŞ dolları pulunu aldatma yolu ilə ələ keçirdiyinə dair dəfələrlə ətraflı məlumat vermişik.
CityPost.az xəbər verir ki,Mehman Məmmədov aldatma yolu ilə ələ keçirdiyi pulları İbadət Məhərrəmovdan dəfələrlə geri tələb etsə də, O danışıqlar yolu ilə vaxt udmağa çalışmış və nəticədə aldığı pulları geri qaytarmaqdan imtina etmişdir. Əlacsız qalan zərərçəkən Mehman Məmmədov Baş Prokurorluğa məruz qaldığı dələduzluq əməlinə görə müraciət edib.
Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Azər Kazımov tərəfindən araşdırılan iş hadisənin baş verdiyi əraziyə -aiddiyatı üzrə Tovuz Rayon Polis Şöbəsinə göndərilmişdir. Cinayət İşi Tovuz Rayon Polis Şöbəsinin müstəntiqi baş polis leytenantı Elnar Məmmədov tərəfindən yetərincə araşdırılmadığı üçün Tovuz Rayon Prokuroru tərəfindən yenidən hərtərəfli araşdırma üçün istintaq mərhələsinə qaytarılmışdır. Bu barədə zərəçəkmiş Mehman Məmmədova Tovuz Rayon Prokurorluğu tərəfindən məktub da göndərilib. Müstəntiq Elnar Məmmədovun ləğv edilmiş qərarından ruhlanan İbadət Məhərrəmov zərərçəkmiş Mehman Məmmədovu şərəf və ləyaqətini alçaltdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə dair xüsusi ittiham qaydasında Ağstafa Rayon Məhkəməsinə müraciət edib.21 noyabr 2024-cü il tarixdə Ağstafa rayon məhkəməsinin hakimi Natiq Abbasovun sədrliyi ilə İbadət Məhərrəmov tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinə məhkəmə qaydasında baxış keçirilməsi üçün ilkin məhkəmə iclası baş tutub.
Mehman Məmmədov məhkəməyə vəsatət verərək bildirib ki, Tovuz Rayon Prokurorluğu müstəntiq Elnar Məmmədov tərəfindən onun şikayətinə əsasən cinayət işinin başlanmasının rədd olunmasına dair çıxardığı qərar ləğv edildiyi üçün İbadət Məhərrəmovun onun barəsində məhkəməyə verdiyi şikayət ərizəsi baxılmamış saxlanılmalıdır.Hakim Natiq Abbasov tərəfindən vəsatət təmin edilərək və Tovuz Rayon Polis Şöbəsinə müvafiq sorğu göndərilib. Məhkəmənin növbəti iclası 29 noyabr 2024-cü il tarixə təyin edilib.
CityPost.az zərərçəkmiş Mehman Məmmədovdan baş verənlərə dair münasibət öyrənib. O, deyib: “ Belə yerdə deyiblər: Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı.İbadət Məhərrəmov dələduzluq yolu ilə mənim külli miqdarda pulumu ələ keçirdiyi bəs deyilmiş kimi, hələ məni tutdurmaq da istəyir...(Red- gülür) Güman edirəm, şikayətim əsasında hüquq mühafizə orqanlarının müvafiq araşdırmasından sonra İbadət Məhərrəmov özü həbs ediləcək.”
Müşərrəfxanım
23:56 / 31 Avqust 2026
1
23:49 / 31 Avqust 2026
20
23:39 / 31 Avqust 2026
29
23:28 / 31 Avqust 2026
58
23:16 / 31 Avqust 2026
48
23:11 / 31 Avqust 2026
59
23:10 / 31 Avqust 2026
108
23:06 / 31 Avqust 2026
566
23:04 / 31 Avqust 2026
57
22:35 / 31 Avqust 2026
68
21:39 / 31 Avqust 2026
106
21:32 / 31 Avqust 2026
533
21:26 / 31 Avqust 2026
91
21:02 / 31 Avqust 2026
2209
20:59 / 31 Avqust 2026
73
20:58 / 31 Avqust 2026
88
20:48 / 31 Avqust 2026
131
20:28 / 31 Avqust 2026
138
19:56 / 31 Avqust 2026
214
19:45 / 31 Avqust 2026
99
19:42 / 31 Avqust 2026
78
19:36 / 31 Avqust 2026
89
19:26 / 31 Avqust 2026
722
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.