Bakıda hava limanında ƏMƏLİYYAT - FOTO
01 Sentyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
373
21.11.2024, 12:53
Bakıda yerləşən diş kliniksında kuryoz hadisə baş verib.
CityPost.az xəbər verir ki, “Dent House Baku” diş klinikasında özünü həkim kimi təqdim edən şəxs xəstənin dişlərini çəkib.
Elnarə Məhərrəmovanın iddiasına görə,sentyabr ayında instagramdan özünü həkim kimi təqdim edən Fərid Əşrəfli ilə əlaqə saxlayıb. Fərid Əşrəfli özünü peşəkar həkim kimi təqdim edərək xanımı “Dent House Baku ” klinikasına dəvət edib.

Fotoda özünü həkim kimi təqdim edən şəxs
“ Özünü həkim kimi təqdim edən Fəridin instagram hesabına baxanda orada məşhurlardan rəqqasə Fatimə Fətəliyevanın, müğənnilər Günay İbrahimli, Nura Surinin,Aygün Səfərovanın şəkillərini gördüm. Elə başa düşdüm ki, bu peşəkar həkimdir,məşhurlar da onun yanına gedir. Həmin görüntülərə aldanıb onun yanına getdim. "Xalqlarda" yerləşən “Dent House Baku ” klinikasında məni qəbul etdi. Özünü həkim kimi təqdim edən şəxs məni klinikanın baş həkimi Anar Əmiraslanovun otağında müayinə etdi. Mənə dedilər ki, sizin 5 dişinizin dibində kist var. Həmin dişlər çəkilməlidir və implant qoyulmalıdır. Mən də onların sözünə inanıb razılıq verdim. Daha sonra başıma oyun gəldi. Mənim 11 sağlam dişimi çəkdilər. Özünü həkim kimi təqdim edən Fəridin bütün bu əməlləri baş həkim Anar Əmiraslanovun kabinetində baş verib. Daha sonra mənim üz və çənə nayihəmdə ağrılar başladı. Araşdırdım,məlum oldu ki,özünü diş həkimi kimi təqdim edən Fərid Əşrəfli NZS-də gözətçi işləyirmiş”,- deyə şikayətçi bildirib.
Elnarə Məhərrəmovanın müsahibəsini aztimes.az saytının Youtube kanalı yayıb.
CityPost.az məsələdə adı hallanan “Dent House Baku ” klinikasının həkimi Anar Əmiraslanovla əlaqə saxlayıb.

Fotoda Anar Əmiraslanov
Həkim Elnarə Məhərrəmovanın fikirlərinin şər-böhtan olduğunu bildirib.
“Bizim klinikada Fərid Əşrəfli adlı həkim işləməyib. Həmin şəxs iş üçün bizə müraciət etmişdi. Biz ondan diplomunu tələb etdik. Bildirdi ki, Ukraynada oxuyub və diplomunun təsdiqini gözləyir. Daha sonra bir neçə dəfə bizim mərkəzə gəldi. Həmin qadın bizim mərkəzə gəlib, Fərid adlı həkimi soruşanda əməkdaşlarımız ona bizim klinikada belə həkim çalışmadığını bildiriblər. Bu məsələdə mənim adımın hallandırılması heç nəyə əsaslanmır”,-deyə Anar Əmiraslanov bildirib.
Araşdırmamız zamanı o da məlum olub ki, özünü Fərid Əşrəfli kimi təqdim edən həmin şəxsin ad,soyadı tamamilə fərqlidir. Onun əsl adı Fərahim Quliyevdir.
CityPost.az yazıda adı hallanan Fərid Əşrəflinin (Fərahim Quliyevin) də mövqeyini təqdim etməyə hazırdır.
00:55 / 01 Sentyabr 2026
115
00:52 / 01 Sentyabr 2026
195
00:40 / 01 Sentyabr 2026
99
00:00 / 01 Sentyabr 2026
208
23:56 / 31 Avqust 2026
87
23:49 / 31 Avqust 2026
100
23:39 / 31 Avqust 2026
92
23:28 / 31 Avqust 2026
160
23:16 / 31 Avqust 2026
93
23:11 / 31 Avqust 2026
234
23:10 / 31 Avqust 2026
281
23:06 / 31 Avqust 2026
1321
23:04 / 31 Avqust 2026
84
22:35 / 31 Avqust 2026
95
21:39 / 31 Avqust 2026
125
21:32 / 31 Avqust 2026
905
21:26 / 31 Avqust 2026
103
21:02 / 31 Avqust 2026
2746
20:59 / 31 Avqust 2026
79
20:58 / 31 Avqust 2026
98
20:48 / 31 Avqust 2026
405
20:28 / 31 Avqust 2026
160
19:56 / 31 Avqust 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.