Oteldə güclü yanğın olub
01 Sentyabr 2026, 08:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
236
19.11.2024, 14:04
"Qanunla nəzərdə tutulmayan halda heç kimə əlillik təyin edilmir. Kimin haqqıdırsa, ona da əlillik təyinatı aparılır. 207 mindən çox saxta əlillik təyinatı ilə bağlı dövlət vəsaitini mənimsəmək faktının qarşısı alınıb".
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, özünüməşğulluq proqramı son altı il ərzində 5 dəfə artırılıb: “Hər il 15-16 min ailəni bu proqram əhatə edir. Onun da yarısı İşsizlikdən Sığorta Fondu, yarısı da Dünya Bankının maliyyəsi hesabına maliyyələşir. Növbəti il üçün 100 min ailənin özünüməşğulluq proqramına cəlbi nəzərdə tutulur. Bundan başqa, 16 min şəhid ailəsinə mənzil, 7 mindən çox müharibə əlillərinə isə avtomobil təqdim olunub”.
Peşə hazırlığı məsələsinə toxunan S.Babayev vurğulayıb ki, keçən il 9 min müdavim, bu il isə 15 min müdavim peşə hazırlığına cəlb olunub: “İxtisaslı peşə və sərişətli şəxslərin əmək bazarına cəlb olunması əsas məqsəddir. Biliyi olmayan və tələblərə cavab verməyən çoxlu sayda insan əmək bazarına daxil olur və onların təkrar biliyə yiyələnməsi üçün lazımi addımlar atılır”.
08:13 / 01 Sentyabr 2026
1
08:11 / 01 Sentyabr 2026
5
08:02 / 01 Sentyabr 2026
18
07:40 / 01 Sentyabr 2026
38
07:07 / 01 Sentyabr 2026
110
04:50 / 01 Sentyabr 2026
77
00:55 / 01 Sentyabr 2026
216
00:52 / 01 Sentyabr 2026
430
00:40 / 01 Sentyabr 2026
166
00:00 / 01 Sentyabr 2026
351
23:56 / 31 Avqust 2026
120
23:49 / 31 Avqust 2026
144
23:39 / 31 Avqust 2026
126
23:28 / 31 Avqust 2026
234
23:16 / 31 Avqust 2026
107
23:11 / 31 Avqust 2026
337
23:10 / 31 Avqust 2026
437
23:06 / 31 Avqust 2026
2293
23:04 / 31 Avqust 2026
90
22:35 / 31 Avqust 2026
104
21:39 / 31 Avqust 2026
136
21:32 / 31 Avqust 2026
1040
21:26 / 31 Avqust 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.