Oteldə güclü yanğın olub
01 Sentyabr 2026, 08:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
251
19.11.2024, 11:22
Kənd təsərrüfatı dünyada iqtisadiyyatın ən mühüm sektorlarından biridir. Halbuki fermerlər, kənd təsərrüfatının istehsalı ilə məşğul olanlar iqlim dəyişikliyindən ən çox zərər çəkənlərdir.
Oxu24.com xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün başladılması: Fermerləri iqlim dayanıqlılığı üçün gücləndirmək” Ərzaq, Kənd Təsərrüfatı və Su Gününün rəsmi açılışında deyib.
O qeyd edib ki, onlar iqlim dəyişikliyinin təsirlərini birbaşa öz üzərlərində hiss edirlər.
“Bu təsirlərə yüksək temperatur, proqnozlaşdırılmamış leysanlar, torpağın deqredasiyası və su qıtlığı daxildir ki, bu da onların həyat tərzinə ciddi ziyan vurur. Lakin qlobal iqlim dialoqlarında onlara çox az diqqət yetirilir. İqlim dəyişikliyinin təsirlərini ilk hiss edən fermerlərə ən son dəstək olunur. Bakı Harmoniya İqlim Təşəbbüsünün əsas məqsədi bunu dəyişdirməkdir”, - deyə M.Məmmədov vurğulayıb.
Nazir əlavə edib ki, harmoniyanın məqsədləri çox sadə, lakin vacibdir: “Harmoniya kənd təsərrüfatı, qida və su sahələrində təşəbbüsləri, koalisiyaları və tərəfdaşlıqları birləşdirən mərkəzi platforma rolunu oynayacaq. Bu platforma fermerlərə praktiki biliklər, rəqəmsal alətlərə çıxış və dünyanın ən yaxşı təcrübələri və innovasiyaları ilə əlaqə yaratmaq üçün yer təmin edəcək. Həmin platformanı yaratmaqla biz fermerlərə təsərrüfatları və gələcəkləri üçün düzgün, davamlı seçimlər etmək imkanı veririk”.
08:13 / 01 Sentyabr 2026
1
08:11 / 01 Sentyabr 2026
5
08:02 / 01 Sentyabr 2026
18
07:40 / 01 Sentyabr 2026
38
07:07 / 01 Sentyabr 2026
110
04:50 / 01 Sentyabr 2026
77
00:55 / 01 Sentyabr 2026
216
00:52 / 01 Sentyabr 2026
430
00:40 / 01 Sentyabr 2026
166
00:00 / 01 Sentyabr 2026
351
23:56 / 31 Avqust 2026
120
23:49 / 31 Avqust 2026
144
23:39 / 31 Avqust 2026
126
23:28 / 31 Avqust 2026
234
23:16 / 31 Avqust 2026
107
23:11 / 31 Avqust 2026
337
23:10 / 31 Avqust 2026
437
23:06 / 31 Avqust 2026
2293
23:04 / 31 Avqust 2026
90
22:35 / 31 Avqust 2026
104
21:39 / 31 Avqust 2026
136
21:32 / 31 Avqust 2026
1040
21:26 / 31 Avqust 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.