"...AH... BİR OYANA BİLSƏYDİM HƏR SABAH..."
01 Sentyabr 2026, 10:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
305
18.11.2024, 16:37
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası və COP29, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə ilə əlaqədar Hərbi prokuror Xanlar Vəliyev Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsində hərbi qulluqçularla görüş keçirib.
Bu barədə Oxu24.com-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin iştirakı, Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və DSX-nin yüksəkrütbəli hərbi qulluqçularının Xaçmaz rayonunda rayon rəhbərliyi ilə birgə keçirdikləri tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhidlər guşəsi önünə gül dəstələri düzülərək, əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb, Dövlət Himni səsləndirilib.
Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, DSX rəisinin şəxsi heyətlə iş üzrə müavini, general-leytenant Rəsul Tağıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışlarında nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 il müddətində ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etməsindən söz açıblar. Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından bəhs edilib.
Habelə, ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində dövlətimizin beynəlxalq aləmdə durmadan artan nüfuzundan, o cümlədən ölkəmizdə keçirilən COP29-un mahiyyətindən və əhəmiyyətindən, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb.
Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin məişət və xidmət şəraiti, həmçinin, qayğı və problemləri ilə maraqlanılıb.
Tədbirdən sonra ağaclar əkilib.


10:20 / 01 Sentyabr 2026
40
10:18 / 01 Sentyabr 2026
12
10:18 / 01 Sentyabr 2026
13
10:12 / 01 Sentyabr 2026
18
10:11 / 01 Sentyabr 2026
19
10:04 / 01 Sentyabr 2026
28
09:53 / 01 Sentyabr 2026
40
09:44 / 01 Sentyabr 2026
42
09:39 / 01 Sentyabr 2026
46
09:32 / 01 Sentyabr 2026
302
09:30 / 01 Sentyabr 2026
44
09:27 / 01 Sentyabr 2026
49
09:24 / 01 Sentyabr 2026
49
09:23 / 01 Sentyabr 2026
48
09:22 / 01 Sentyabr 2026
77
09:20 / 01 Sentyabr 2026
46
09:02 / 01 Sentyabr 2026
53
08:54 / 01 Sentyabr 2026
49
08:31 / 01 Sentyabr 2026
58
08:13 / 01 Sentyabr 2026
108
08:11 / 01 Sentyabr 2026
50
08:02 / 01 Sentyabr 2026
83
07:40 / 01 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.