"...AH... BİR OYANA BİLSƏYDİM HƏR SABAH..."
01 Sentyabr 2026, 10:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
289
18.11.2024, 16:03
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Oxu24.com xəbər verir ki, noyabrın 16-da Baş prokuror Kamran Əliyev Braziliya Federativ Respublikasının Baş prokurorun müavini Hindenburq Çatebriandın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları salamlayan Kamran Əliyev ölkələrimiz arasında isti münasibətlərin mövcud olduğunu söyləyib. O, bir sıra sahələrdə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edib və ölkələrimiz arasında hüquqi əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu vurğulayıb.
COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.
Braziliya Federativ Respublikasının Baş prokurorun müavini səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirərək təmsil etdiyi qurumun Azərbaycan Respublikasının Prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb.
Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə hazırlığının ən yüksək səviyyədə olduğunu qeyd edən qonaq COP29-un dünya üçün böyük töhfələr verə biləcəyindən əminliyini vurğulayıb, COP29 çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyanın uğurla başa çatması münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib.


10:20 / 01 Sentyabr 2026
40
10:18 / 01 Sentyabr 2026
12
10:18 / 01 Sentyabr 2026
13
10:12 / 01 Sentyabr 2026
18
10:11 / 01 Sentyabr 2026
19
10:04 / 01 Sentyabr 2026
28
09:53 / 01 Sentyabr 2026
40
09:44 / 01 Sentyabr 2026
42
09:39 / 01 Sentyabr 2026
46
09:32 / 01 Sentyabr 2026
302
09:30 / 01 Sentyabr 2026
44
09:27 / 01 Sentyabr 2026
49
09:24 / 01 Sentyabr 2026
49
09:23 / 01 Sentyabr 2026
48
09:22 / 01 Sentyabr 2026
77
09:20 / 01 Sentyabr 2026
46
09:02 / 01 Sentyabr 2026
53
08:54 / 01 Sentyabr 2026
49
08:31 / 01 Sentyabr 2026
58
08:13 / 01 Sentyabr 2026
108
08:11 / 01 Sentyabr 2026
50
08:02 / 01 Sentyabr 2026
83
07:40 / 01 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.