"...AH... BİR OYANA BİLSƏYDİM HƏR SABAH..."
01 Sentyabr 2026, 10:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
241
18.11.2024, 15:50
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva COP29 çərçivəsində gənclərin ətraf mühit savadlılığının artırılmasına dair müzakirələrdə iştirak edib.
Oxu24.com xəbər verir ki, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (BTMİ) və IDEA İB-nin birgə təşkilatçılığı ilə həyata keçirilən “İqlim dayanıqlığı üçün təhsilə investisiya: erkən inkişaf və ətraf mühit savadlılığının artırılması” mövzusunda müzakirələrdə Leyla Əliyeva çıxış edərək gənclərin ekoloji problemlərin həllində fəal iştirakının qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizədə vacib rol oynadığını vurğulayıb.
IDEA İB-nin təsisçisi və rəhbəri ekoloji təhsil və maarifləndirmə proqramları, eləcə də müxtəlif beynəlxalq platformalar vasitəsilə gənclər üçün bilik və təcrübə mübadiləsinin aparılması imkanlarının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
IDEA-nın həyata keçirdiyi layihə və tədbirlərə toxunan Leyla Əliyeva bildirib ki, təşkilatın ötən müddət ərzində gənclərin iqlim dəyişmələri məsələləri və təbiətə məsuliyyətli yanaşma kimi mövzulara həsr etdiyi bir sıra fəaliyyətlər icra olunub. Leyla Əliyeva təşkil olunan ekodüşərgələr, məlumatlandırma kampaniyaları və hazırlanan sənədli filmlər, eləcə də görülən işlərin nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Leyla Əliyeva IDEA təşkilatının 2014-cü ildən etibarən BTMİ-yə üzv olduğunu qeyd edərək 10 il ərzində qurumlararası əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətləri qeyd edib. Dayanıqlı və sağlam gələcəyin, eləcə də daha bilikli gənc nəslin yetişdirilməsinin təmin olunması baxımdan beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətli rolu müzakirə iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində həmçinin Azərbaycanın təhsil naziri Emin Əmrullayev, BTMİ-nin baş direktoru Grethel Aguilar, “Earthday.org” təşəbbüsünün tədris məsələləri üzrə direktoru Bryce Coon və Qlobal Təhsil Mərkəzinin #Decarbonize proqramını təmsil edən gənc ekofəal Janina Guevara çıxış edərək müzakirə mövzusu ilə bağlı müxtəlif fikirlər irəli sürərək ətraf mühit savadlılığının rolunu qeyd ediblər.




10:20 / 01 Sentyabr 2026
40
10:18 / 01 Sentyabr 2026
12
10:18 / 01 Sentyabr 2026
13
10:12 / 01 Sentyabr 2026
18
10:11 / 01 Sentyabr 2026
19
10:04 / 01 Sentyabr 2026
28
09:53 / 01 Sentyabr 2026
40
09:44 / 01 Sentyabr 2026
42
09:39 / 01 Sentyabr 2026
46
09:32 / 01 Sentyabr 2026
302
09:30 / 01 Sentyabr 2026
44
09:27 / 01 Sentyabr 2026
49
09:24 / 01 Sentyabr 2026
49
09:23 / 01 Sentyabr 2026
48
09:22 / 01 Sentyabr 2026
77
09:20 / 01 Sentyabr 2026
46
09:02 / 01 Sentyabr 2026
53
08:54 / 01 Sentyabr 2026
49
08:31 / 01 Sentyabr 2026
58
08:13 / 01 Sentyabr 2026
108
08:11 / 01 Sentyabr 2026
50
08:02 / 01 Sentyabr 2026
83
07:40 / 01 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.