Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna Kurska bir saat ərzində 15 PUA göndərdi

Ukrayna Kurska bir saat ərzində 15 PUA göndərdi

CƏMİYYƏT

308

16.11.2024, 09:43

Ukrayna Silahlı Qüvvələri 15 pilotsuz uçuş aparatı ilə Kursk vilayəti ərazisinə hücuma cəhd edib.

OXU24.COM  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

İdarədən verilən məlumata görə, bir saat ərzində 15 PUA hücum cəhdi edilib. Ukrayna PUA-ları növbətçi hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Kursk qubernatoru Aleksey Smirnov bölgədə PUA hücumu təhlükəsinin davam etdiyini bildirib. O, dron qalıqlarını aşkar edən yerli sakinləri onlara yaxınlaşmamağa, təhlükəli tapıntı barədə 112-yə zəng edərək məlumat verməyə çağırıb.