Qaynar xətt:

(+99450) 247 90 86

Minimum əməkhaqqı və pensiyalar nə qədər artırılacaq? – MƏBLƏĞ AÇIQLANDI

Minimum əməkhaqqı və pensiyalar nə qədər artırılacaq? – MƏBLƏĞ AÇIQLANDI

CƏMİYYƏT

625

15.11.2024, 16:43

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq. Onun sözlərinə görə, bununla bağlı təkliflər hazırlanıb, müvafiq olaraq dövlət büdcəsində nəzərə alınıb. Nazir deyib ki, dövlət büdcəsinin yekunundan sonra bu barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, hazırda Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 345, minimum pensiya məbləği isə 280 manat müəyyən edilib. Maraqlıdır, ölkədəki iqtisadi vəziyyəti, bazar şərtlərini, istehlak xərclərini və digər reallıqları nəzərə alsaq, minimum əməkhaqqı və minimum pensiya məbləği nə qədər olmalıdır?

Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, minimum əməkhaqqı və təqaüdlərdə cəmi 10 faizlik artım olacağı gözlənilir. İqtisadçının sözlərinə görə, Azərbaycanda bu sahədə daha böyük artım olması üçün yaşayış minimumu, minimum istehlak zənbili, bunların hesablanma qaydaları dəyişməlidir: “Bu məbləğ nə qədər olmalıdır sualı bir az mücərrəddir. Təbii ki, biz hamımız istəyərik ki, çox olsun, həddindən artıq yüksək sürətlə artsın. Amma reallıq ondan ibarətdir ki, bu il 10 faiz civarında artım olacaq. Yəni, minimum əməkhaqqında da, təqaüdlərdə də 10 faizlik artım gözlənilir. Bu ondan irəli gəlir ki, bizdə yaşayış minimumu, minimum istehlak zənbili, bunların hesablama qaydaları doğru deyil. Ona görə də o parametrlər dəyişməlidir ki, minimum əməkhaqqı və təqaüd hesablanma qaydaları da dəyişsin”.

İqtisadçı-ekspert Eldəniz Əmirov isə Medianews.az-a bildirib ki, istər minimum əməkhaqqı, istərsə də minimum pensiyanın məbləği adətən inkişaf etmiş, iqtisadi cəhətdən hər hansı problemi olmayan, iqtisadi vəziyyəti qənaətbəxş ölkələrdə, real iqtisadi vəziyyətə, bazar şərtlərinə, o cümlədən də insanların sosial rifah səviyyəsinə uyğun şəkildə müəyyən edilir, bu barədə müvafiq qərarlar qəbul olunur. Onun sözlərinə görə, Azərbaycanda da minimum əməkhaqqı və pensiya əhalinin yaşam standartlarını yaxşılaşdırmaq, yoxsulluğu aradan qaldırmaq və sosial bərabərliyi təmin etmək üçün bir vasitə olaraq istifadə edilməkdədir: “Növbəti ilin yanvarın 1-dən minimum əməkhaqqının artırılması, eyni zamanda minimum pensiya məbləğinin artırılması gözlənilir. O ki, qaldı bunun hansı həddə müəyyən edilməsi, təbii ki, bu hədlər əhalinin istehlak xərcləri, inflyasiya, bazarın mövcud vəziyyəti və digər istiqamətlər əsasında formalaşır. Nəzərə alsaq ki, 2023-cü ilin yanarın 1-dən minimum əməkhaqqı 300 manatdan 345 manata qaldırılıb. Artıq 2025-ci ildən yeni səviyyənin müəyyən edilməsinə ehtiyac var. Onun həddi ilə bağlı hansısa rəsmi açıqlama verilməmişdir. Sadəcə mövcud şərtləri nəzərə alsaq, ehtimal edirəm ki, minimum əməkhaqqı ən azı 16 faiz artırılaraq, 400 manata çatdırılacaqdır. Hazırki bazar şərtləri daxilində əməkhaqqının ən azı 400 manata çatdırılmasına ehtiyac var, bu, bir zərurətdir. Minimum pensiya məbləğinin artımı isə adətən özündən əvvəlki ilin orta aylıq əməkhaqqının artım səviyyəsi ilə indeksasiya edilir. Yəni 2024-cü ildə orta əməkhaqqı nə qədər artacaqsa, 2025-ci ilin yanvarın 1-dən minimum pensiyanın həddi də həmin səviyyədə artırılacaqdır”.
 

ZAUR ŞÜKÜROV: “İlham Əliyevin Bişkek səfəri Azərbaycanın regional və beynəlxalq mövqeyini daha da gücləndirir”  

15:16 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

ZAUR ŞÜKÜROV: “İlham Əliyevin Bişkek səfəri Azərbaycanın regional və beynəlxalq mövqeyini daha da gücləndirir”  

84

0
Atadan övlada hansı irsi xəstəliklər keçir?  

15:10 / 01 Sentyabr 2026

TİBB TİBB

Atadan övlada hansı irsi xəstəliklər keçir?  

87

0
34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

15:08 / 01 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

64

0
General-polkovnik Vilayət Eyvazov idarə rəislərinə müvafiq tapşırıqlar verib

15:03 / 01 Sentyabr 2026

HÜQUQ HÜQUQ

General-polkovnik Vilayət Eyvazov idarə rəislərinə müvafiq tapşırıqlar verib

868

0
Gecələr xoruldayanların NƏZƏRİNƏ: İnfarkt, insult və qəfil ölüm riski yaradır  

14:37 / 01 Sentyabr 2026

TİBB TİBB

Gecələr xoruldayanların NƏZƏRİNƏ: İnfarkt, insult və qəfil ölüm riski yaradır  

76

0
Prezident: Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəfliliyə töhfə verməyə davam edəcək 

14:36 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəfliliyə töhfə verməyə davam edəcək 

71

0
Mirşahin Ağayev müraciət etdi

14:30 / 01 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mirşahin Ağayev müraciət etdi

105

0
Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb 

14:30 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb 

61

0
İlham Əliyev: Qətnamələrin icrasında BMT rol oynamayıb

14:24 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

İlham Əliyev: Qətnamələrin icrasında BMT rol oynamayıb

66

0
İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir 

14:21 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir 

67

0
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib

14:20 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib

72

0
Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI

14:20 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI

94

0