Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122883
az

Bu insanlar 120 il yaşayırlar, xərçəngə utulmurlar - SİRRLƏRİ - FOTO

09:5014 Noyabr, 2024
49
CƏMİYYƏT
  • A

Orta hesabla 120-130 il yaşayan və 60 yaşını "yolun yarısı" olaraq görən hunza türkləri xərçəngə yoluxmadan sağlam həyatları ilə diqqət çəkir.

OXU24.COM bildirir ki, elm adamlarının uzun müddətdir araşdırdıqları bu qeyri-adi icma, yaşa uyğun olmayan həyat tərzi ilə bütün dünyanın diqqətini çəkir.

Budur Hunza Türkləri...



Pakistanın şimalındakı Hunza vadisində yaşayan hunza türkləri 120-130 yaşa qədər sağlam yaşamaqla bütün dünyanın diqqətini çəkir.

60 yaşını "yolun yarısı " kimi qəbul edən bu cəmiyyətdə hətta qoca yaşda da enerjili qalmaq demək olar ki, normadır. Alimlərin tədqiq etdiyi bu qeyri-adi icma onların uzun və xəstəliksiz ömür sürmələrinin sirrini təbii yaşayış şəraiti və qidalanma vərdişləri ilə əlaqələndirir.

Təbiətdən gələn sağlamlıq və uzunömürlülük

Hunza türkləri dağlıq coğrafiyanın təmin etdiyi təmiz hava və mineral su ehtiyatları sayəsində sağlam həyat sürürlər. Becərdikləri orqanik tərəvəzləri qurudaraq istehlak edən camaatın süfrələrində təbii heyvandarlıqdan əldə edilən süd məhsulları da yer alır. Onların sağlamlığının əsasını qatıq, pendir, südlü darı və madyan südündən hazırlanan qımız kimi ənənəvi qidalar təşkil edir.

Ətdən çox istifadə etsələr də, heyvanlarını tam təbii yemlə bəslədikləri üçün heç bir xroniki xəstəlik keçirmirlər. Bu əhali arasında xərçəng xəstəliyinin olmaması elm aləmində böyük maraq doğurur. Hunza xalqı ədviyyatlı ət yeməkləri ilə məşhur olsalar da, yalnız özlərinin yetişdirdiyi meyvə və tərəvəzləri istehlak edirlər.

Köçəri mədəniyyətinin izləri: Köhnə türk ənənələrini yaşadırlar

Hunza türkləri əcdadlarından miras qalmış köçəri mədəniyyətin bir çox ənənələrini davam etdirirlər. Yay və qış yerlərini seçərək fəsillərə görə köç edən bu camaat ənənəvi türk həyat tərzinə sadiq qalır. İlk türk toplumları kimi heyvandarlıq və əkinçiliklə məşğul olan hunzalar min illərdir dəyişməz bir həyat tərzini mənimsəmişlər.

Hunza xalqının izlədiyi təqvim də çöl mədəniyyətinə əsaslanır. Onlar "maralların nallaması" və ya "köçəri quşların qayıdışı" kimi təbii hadisələrə əsaslanan dövri zaman anlayışına malikdirlər. Miqrasiya marşrutları da əvvəlcədən müəyyən edilir və təsadüfi deyil, planlı şəkildə təşkil edilir.

Ağbirçək yaşda ana olmaq və hunzalarda yaş anlayışı

Bu cəmiyyətdə qadınlar hətta 65-70 yaşlarında da ana ola bilirlər. 100 yaşında ölən birinin "cavan öldü" adlandırılması burada yaş anlayışının nə qədər fərqli olduğunu ortaya qoyur. 65 yaş "ömrün yarısı " hesab edilsə də, insanların əksəriyyəti 120 yaşdan yuxarı yaşayır.

Təbiətlə iç -içə bir yaşam

Hunza türklərinin həyat tərzi bölgənin coğrafi və iqlim şəraitinə uyğun formalaşmışdır. Dəniz səviyyəsindən 6 min metr yüksəklikdə yaşamaq onlara yüksək oksigenli hava ilə nəfəs almağa imkan verir. Sərt qışa və aşağı temperaturlara öyrəşmiş bu camaat təmiz su mənbələri və təbii qida maddələri ilə immunitetlərini güclü saxlayır.

Tarixən Orta Asiya çöllərindən köç etdiyi güman edilən hunza xalqı öz mədəni köklərini qoruyub saxlamış və bu günə qədər daşımışdır. Köçəri çobanlıq ənənəsini davam etdirən camaat həm də ən qədim türk dilində danışır. Xalçaçılıq kimi sənətkarlığa da önəm verən Hunza türkləri təbiətdən əldə etdikləri materiallardan iplik, xalça və kilimlər istehsal edirlər.

Xroniki xəstəliklərin aradan qaldırıldığı cəmiyyət

Hunza türkləri sağlam və aktiv həyat tərzi sayəsində demək olar ki, heç vaxt xroniki xəstəliklərdən əziyyət çəkmirlər. Dağlardan gələn təmiz hava və təbii qidalanma vərdişləri xərçəng kimi ciddi xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Kiçik, lakin tez-tez yeməklər qəbul edən bu camaat sağlam qidalanmağı gündəlik həyatlarının ayrılmaz hissəsinə çevirib.
Hunza türklərinin həyat tərzi uzun ömrün sirlərini axtaran alimləri ruhlandırır. Onların köçəri mədəniyyətinin davamlılığı, üzvi qidalanma vərdişləri və təbiətlə harmoniyada yaşamaq fəlsəfəsi bu icmanı dünya miqyasında unikal edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ