Qızılın qiyməti ilk dəfə bu qədər aşağı düşdü
01 Sentyabr 2026, 23:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
326
12.11.2024, 22:34
Bir neçə gündür Azərbaycanda estetik cərrahlarla bağlı yayılmış informasiyalarla əlaqədar müxtəlif müzakirələr aparılır.
OXU24.COM xəbər verir ki, müvafiq ixtisasının olmadığı, rezidenturadan keçmədiyi bildirilən 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması, insanları əməliyyat etməsi və bəzi hallarda ağırlaşmaların olduğu deyilir.
Bildirilir ki, Azərbaycanda estetik cərrahiyə sahəsində çalışan şəxslər arasındakı bu qarşıdurma son günlərin məsələsi deyil. Belə ki, bir müddət əvvəl 17 estetik cərrah müxtəlif dövlət qurumlarına fəaliyyət göstərdikləri sahədəki digər 50-yə yaxın həmkarları barədə şikayət məktubları göndəriblər. Aralarında Vüqar Ələkbərov, Adil Cümşüdov, Dilqəm Məhərrəmov, Mahir Əliyev, Dilqəm Məmmədov və digərlərinin də olduğu həmin qrup plastik cərrahiyyə sahəsindəki vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarının tədbirlər görməsini tələb ediblər.
Bundan sonra dövlət qurumları həmin estetik cərrahlar və işlədikləri klinikalarla bağlı araşdırmalara başlayıb. 10-a yaxın klinikada tibb işçilərinin ixtisasına uyğun fəaliyyət göstərməməsi müəyyən edilərək onların barəsində inzibati tədbirlər görülüb. Bunlardan bəziləri haqqında mətbuata da məlumat verilib.
Lakin qarşı tərəf də 50-ya yaxın estetik cərrahdan şikayət edən 17 həmkarın bir çoxunun özünün də müvafiq ixtisasının olmadığını, rezidenturadan keçməməsini bildirir. Belə ki, estetik cərrahiyyə ixtisası ölkəmizdə son 3-4 ildir formalaşsa da, şikayətçilərdən bəzilərinin 20 ildir plastik cərrahiyə əməliyyatları etməsi məlum olur.
Bununla yanaşı adları çəkilən, yəni həmkarlarından şikayətçi olan plastik cərrahların bir çoxunun ali təhsilinin tibb sahəsi üzrə olmaması da qeyd edilir. Barələrində şikayət edilmiş tibb işçiləri bildirir ki, 50 həmkarının cəzalandırılmasını istəyən həkimlər arasında Azərbaycan Beynəlxalq Universitetinin, Odlar Yurdu Universitetinin məzunu olanlar da var.
Həmçinin qeyd edilib ki, 17 estetik cərrahın qurumlara etdikləri şikayətlərdə digər cərrahların insan sağlamlığına önəm verməməsi, ağırlaşmaların olması vurğulanır. İnternet resurslarında və əvvəllər dövlət qurumlarına edilmiş müraciətlərdə isə həmin həkimlərin öz xəstələrinin də dəfələrlə onlardan şikayətçi olmasına dair məlumatlara rast gəlmək olur.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova intagram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib. O, həmin həkimlərin nazirliyə 30 min manat rüşvət verərək ixtisaslarını dəyişdiklərini iddia edib. Daha sonra ittiham edilən tərəf Q.Ataşovanın özünün kimlərinsə sifarişini yerinə yetirdiyini iddia edib. Jurnalist isə sosial şəbəkə hesabında barəsində deyilənlərin gülünc olduğunu bildirib.
Fotoda Dilqəm Məmmədov

Fotoda Adil Cümşüdov

Fotoda Vüqar Ələkbərov

Fotoda Dilqəm Məhərrəmov

Fotoda Mahir Əliyev

Həmçinin oxuyun
23:47 / 01 Sentyabr 2026
54
23:41 / 01 Sentyabr 2026
154
23:12 / 01 Sentyabr 2026
60
23:04 / 01 Sentyabr 2026
79
22:53 / 01 Sentyabr 2026
50
22:31 / 01 Sentyabr 2026
61
22:00 / 01 Sentyabr 2026
77
21:54 / 01 Sentyabr 2026
96
21:40 / 01 Sentyabr 2026
108
21:37 / 01 Sentyabr 2026
184
21:22 / 01 Sentyabr 2026
82
21:09 / 01 Sentyabr 2026
74
20:51 / 01 Sentyabr 2026
65
20:37 / 01 Sentyabr 2026
174
20:18 / 01 Sentyabr 2026
81
20:13 / 01 Sentyabr 2026
83
20:07 / 01 Sentyabr 2026
105
19:58 / 01 Sentyabr 2026
741
19:50 / 01 Sentyabr 2026
111
19:25 / 01 Sentyabr 2026
122
19:00 / 01 Sentyabr 2026
95
18:49 / 01 Sentyabr 2026
87
18:36 / 01 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.