Qaynar xətt:

(+99450) 247 90 86

Bölgələrdəki 43 nasaz işıqfor təmir edildi- Video

Bölgələrdəki 43 nasaz işıqfor təmir edildi- Video

CƏMİYYƏT

300

12.11.2024, 11:34

Yol polisi bölgələrdə işıqforların təmirini həyata keçirib.

Oxu24.com  xəbər verir ki, DİN-in Baş DYP İdarəsinin “Siqnal” İdarəsinin regional qurumları tərəfindən İmişli, Kürdəmir, Mingəçevir, Tərtər, Zaqatala, Şəki, Lənkəran, Ağcabədi, Qəbələ, Cəlilabad, Şirvan, Sabirabad və Gəncədə ümumilikdə 43 işıqfor obyektlərinə texniki qulluq göstərilib. İdarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.

Bununla yanaşı, təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış işıqfor obyektlərinin iş rejimi xüsusi nəzarətdə saxlanılıb, qurğulara texniki qulluq göstərilib, sıradan çıxan hissələr yeniləri ilə əvəz olunub.