Qaynar xətt:

(+99450) 247 90 86

Bolqarıstan Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlib

CƏMİYYƏT

136

11.11.2024, 18:42

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycana səfərə gəlib.

 Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev, ölkəmizin Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.