Yeniseydən Rafiq Əliyevə cavab:"Ağsaqqal və ağbirçəkləri təftiş etmirəm"
02 Sentyabr 2026, 10:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
433
11.11.2024, 11:47
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gəncədə su təchizatının modernləşdirilməsi, kanalizasiya və yağış sularının idarə edilməsinin yaxşılaşdırılması, həmçinin sutəmizləyici qurğuların tikintisi üçün 35 milyon avro suveren kredit ayırıb.
Oxu24.com EBRD-yə istinadən xəbər verir ki, layihənin ümumi dəyəri 410 milyon avro təşkil edir. Kredit bir neçə tranşda veriləcək və beynəlxalq donorun təqdim etdiyi investisiya qrantı hesabına birgə maliyyələşdiriləcək.
Layihə EBRD-nin “Yaşıl şəhərlər” proqramı çərçivəsində həyata keçirilir və “Gəncə Yaşıl şəhər” Fəaliyyət Planında müəyyən edilmiş “suyun əlçatanlığı və keyfiyyəti” kimi prioritet ekoloji problemin həllinə yönəlib. Gəncənin su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasının vacibliyini nəzərə alaraq layihə hökumət üçün prioritetdir.
Layihə başa çatdıqdan sonra Gəncə şəhəri fasiləsiz su təchizatı və kanalizasiya xidmətləri ilə tam təmin olunacaq, yağış sularını idarəetmə sisteminin tətbiqi sayəsində daşqın riskləri azalacaq. Layihə həm də çirkab suların Gəncə çayına axıdılmazdan əvvəl təmizlənməsini təmin etməklə ətraf mühitə müsbət təsir göstərəcək.
Layihənin həyata keçirilməsi su itkisini azaldacaq və çirkab suların lazımi qaydada təmizlənməsini təmin edəcək, bununla da “yaşıl iqtisadiyyat”a keçidə töhfə verəcək. Bundan başqa, layihənin keyfiyyətli idarə edilməsini dəstəkləyəcək korporativ idarəetmə üzrə Fəaliyyət Planı da hazırlanacaq.
Layihə Gəncədə su təchizatı və kanalizasiyanın milli və Avropa standartlarının tələblərinə uyğunluğunu təmin edəcək. Tikintinin potensial mənfi təsirlərinin inşaat təcrübəsi standartlarına riayət edilməklə minimuma endiriləcəyi planlaşdırılır. Maliyyə-Əməliyyat Göstəricilərinin Yaxşılaşdırılması Proqramı (PIP) çərçivəsində, həmçinin yeni təmizləyici qurğuların tikintisi nəzərdə tutulub ki, bu da Gəncənin çirkab suların təmizlənməsi üzrə müasir tələblərə uyğunluğunu təmin edəcək.
Layihə qorunan ərazilərə və ya mədəniyyət obyektlərinə təsirləri nəzərdə tutmur. Tikinti işləri zamanı təsadüfi arxeoloji tapıntıların qeydiyyatı proseduru da daxil olmaqla ehtiyat tədbirlərinə əməl olunacaq. Həmçinin sakinlərin köçürülməsi və yaxud özəl mülkiyyətin alınması tələb olunmayacaq ki, bu da layihənin həyata keçirilməsi zamanı əlavə olaraq yoxlanılacaq.
Tikinti obyektlərində təhlükəsizliyin təmin edilməsi üçün podratçılar ekoloji və sosial menecment Planına əməl etməlidirlər. Tender şərtlərinə, eləcə də müqavilələrə müvafiq ekoloji və sosial tələblər daxil ediləcək.
Kredit üzrə borcalan Maliyyə Nazirliyi, benefisiar isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir.
10:55 / 02 Sentyabr 2026
1
10:50 / 02 Sentyabr 2026
15
10:46 / 02 Sentyabr 2026
20
10:43 / 02 Sentyabr 2026
119
10:35 / 02 Sentyabr 2026
38
10:34 / 02 Sentyabr 2026
49
10:26 / 02 Sentyabr 2026
40
09:59 / 02 Sentyabr 2026
59
09:54 / 02 Sentyabr 2026
48
09:45 / 02 Sentyabr 2026
56
09:35 / 02 Sentyabr 2026
50
09:23 / 02 Sentyabr 2026
64
09:07 / 02 Sentyabr 2026
57
09:02 / 02 Sentyabr 2026
112
09:00 / 02 Sentyabr 2026
402
23:47 / 01 Sentyabr 2026
99
23:41 / 01 Sentyabr 2026
352
23:12 / 01 Sentyabr 2026
100
23:04 / 01 Sentyabr 2026
171
22:53 / 01 Sentyabr 2026
96
22:31 / 01 Sentyabr 2026
118
22:00 / 01 Sentyabr 2026
143
21:54 / 01 Sentyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.