Yeniseydən Rafiq Əliyevə cavab:"Ağsaqqal və ağbirçəkləri təftiş etmirəm"
02 Sentyabr 2026, 10:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
255
11.11.2024, 10:45
“Bakıda keçirilən COP29 tədbiri ilə əlaqədar paytaxtın əsas küçələrində və prospektlərində tətbiq edilən nəqliyyat məhdudiyyətləri səbəbindən sərnişinlərə Heydər Əliyev Beynəlxalq Aeroportuna vaxtında və rahat çatmaq üçün alternativ marşrutlardan və ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur”.
Oxu24.com xəbər verir ki, bu barədə hava limanının açıqlamasında bildirilir.
Məlumata görə, şəhər mərkəzindən hava limanına gələn sürücülər Zığ şosesi ilə hərəkət edə, Bilgəh və Maştağa istiqamətindən gələnlər isə Mərdəkan və Şüvəlan vasitəsilə Zığ şosesinə çıxa bilərlər.
COP29 müddətində sərnişinlərin Heydər Əliyev Beynəlxalq Aeroportuna rahat çatması məqsədilə H1 və H2 ekspress avtobusları fasiləsiz fəaliyyət göstərəcək. H1 avtobusu “28 May” m/s-dan 10 dəqiqəlik hərəkət intervalı ilə, H2 isə “Əhmədli” m/s-dan hər 15 dəqiqədən bir yola düşür. Qeyd edək ki, 14 noyabra qədər bu ictimai nəqliyyat vasitələrində gediş haqqı ödənişsizdir.
Sərnişinlərə mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları tövsiyə olunur.
Bakı hava limanının qarşısındakı dayanacaq zonası noyabrın 14-nə qədər xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrıldığından burada şəxsi avtomobillərin park edilməsinə icazə verilmir. Yalnız sərnişinlərin mindirilməsi və düşürdülməsi mümkündür. Həmçinin, Terminal 1 və Terminal 2-yə yalnız aviabileti olan sərnişinlər daxil ola bilərlər. Yola salan və qarşılayan şəxslərdən hava limanına gəlməmələri xahiş olunur.

10:55 / 02 Sentyabr 2026
1
10:50 / 02 Sentyabr 2026
15
10:46 / 02 Sentyabr 2026
20
10:43 / 02 Sentyabr 2026
119
10:35 / 02 Sentyabr 2026
38
10:34 / 02 Sentyabr 2026
49
10:26 / 02 Sentyabr 2026
40
09:59 / 02 Sentyabr 2026
59
09:54 / 02 Sentyabr 2026
48
09:45 / 02 Sentyabr 2026
56
09:35 / 02 Sentyabr 2026
50
09:23 / 02 Sentyabr 2026
64
09:07 / 02 Sentyabr 2026
57
09:02 / 02 Sentyabr 2026
112
09:00 / 02 Sentyabr 2026
402
23:47 / 01 Sentyabr 2026
99
23:41 / 01 Sentyabr 2026
352
23:12 / 01 Sentyabr 2026
100
23:04 / 01 Sentyabr 2026
171
22:53 / 01 Sentyabr 2026
96
22:31 / 01 Sentyabr 2026
118
22:00 / 01 Sentyabr 2026
143
21:54 / 01 Sentyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.