İşləyən şəxslərə vacib xəbər!
02 Sentyabr 2026, 17:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
199
08.11.2024, 14:05
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransında iştirak məqsədilə paytaxta səfər edəcək minlərlə ziyarətçini hərtərəfli məlumat dəstəyi ilə təmin etmək üçün COP29 Məlumat Mərkəzləri fəaliyyətə başlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, yeni fəaliyyətə başlayan COP29 Məlumat Mərkəzlərinin məqsədi konfransla bağlı sorğulardan tutmuş konfrans müddətində paytaxtda qonaqlama məsələlərinə kimi müxtəlif sualları əhatəli və dəqiq şəkildə cavablandırmaqdır.
COP29 Məlumat Mərkəzlərinin xüsusi təlim keçmiş işçiləri ətraflı məlumat təqdim etməklə yanaşı, tədbir iştirakçılarının aidiyyəti mövzularda düzgün istiqamətləndirilməsi və müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi xüsusunda da dəstək göstərəcəklər.
Ümumilikdə doqquz məlumat mərkəzi Bakı şəhərinin müxtəlif ərazilərində, əsasən də qonaqlama məkanları və nəqliyyat baxımından əlverişli nöqtələrdə yerləşir. Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində bu mərkəzlərdən yeddisi daha əvvəl şəhərin qonaqlarına xidmət göstərən mərkəzlərin bazasında, digər ikisi isə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunub.
Qeyd edək ki, məlumat əldə etmək üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən istifadəyə verilmiş *1029 qısa nömrəsi və canlı çat vasitəsilə COP29 Çağrı Mərkəzi ilə də əlaqə saxlamaq mümkündür.
17:15 / 02 Sentyabr 2026
15
17:07 / 02 Sentyabr 2026
24
17:05 / 02 Sentyabr 2026
26
16:59 / 02 Sentyabr 2026
74
16:52 / 02 Sentyabr 2026
37
16:45 / 02 Sentyabr 2026
42
16:35 / 02 Sentyabr 2026
252
16:30 / 02 Sentyabr 2026
44
16:22 / 02 Sentyabr 2026
54
16:08 / 02 Sentyabr 2026
60
16:05 / 02 Sentyabr 2026
58
15:59 / 02 Sentyabr 2026
83
15:53 / 02 Sentyabr 2026
62
15:51 / 02 Sentyabr 2026
58
15:43 / 02 Sentyabr 2026
151
15:39 / 02 Sentyabr 2026
452
15:30 / 02 Sentyabr 2026
57
15:21 / 02 Sentyabr 2026
643
15:19 / 02 Sentyabr 2026
105
15:07 / 02 Sentyabr 2026
64
15:05 / 02 Sentyabr 2026
233
15:02 / 02 Sentyabr 2026
251
14:59 / 02 Sentyabr 2026
177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.