Yasa getdiyi evdə ÖLDÜ
22 Noyabr 2026, 10:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
322
07.11.2024, 20:19
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Hövsan Sağlamlıq Mərkəzinin (Mərkəz) açılışı olub.
OXU24.COM xəbər verir ki, açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müşaviri Elnur Qurbanov, İnnovasiya və Təchizat Mərkəzinin direktoru Nurlan Quliyev, Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov və Mərkəzin Baş həkimi iştirak ediblər.
Müəssisə barədə məlumat verən Elçin Əmirov bildirib ki, son dövrlərdə ilkin səhiyyə xidmətinin Bakı şəhərində inkişaf etdirilməsi nəticəsində hər bir ailəyə tam əhatəli, bir mərkəzdən və keyfiyyətli xidmətin göstərilməsinin təmin edilməsində keyfiyyət baxımından yeni mərhələnin əsası qoyulub. Bu proses uşaq, şəhər poliklinikalarının, qadın məsləhətxanalarının, diaqnostik və ixtisaslı ambulator tibbi xidmətlərin bir mərkəzdən təşkilinə imkan verir.
Bu istiqamətdə pilot inteqrasiya modelinə uyğun olaraq, Hövsan qəsəbəsində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən tikilmiş və Bakı Baş Səhiyyə Mərkəzinin balansına verilmiş binada ilkin səhiyyə xidmətləri təşkil edilərək Mərkəz istifadəyə verilib.
Hövsan Sağlamlıq Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq.
Mərkəz ərazidə fəaliyyət göstərən 23 saylı şəhər və 16 saylı uşaq poliklinikalarının işinə dəstək olmaqla yanaşı, artan əhali sayına uyğun olaraq tam tibbi xidmətin göstərilməsinə şərait yaradacaq.
Məlumat verilib ki, 60 000-dən çox əhaliyə xidmət göstərmək imkanına malik olan tibb müəssisəsi müasir avadanlıqlarla təchiz edilib. Hövsan Sağlamlıq Mərkəzində ümumilikdə 270 nəfər personal çalışacaq. Mərkəzdə İlkin səhiyyə xidməti, İxtisaslı ambulator tibbi xidmət, Diaqnostik tibbi xidmət, Fizioterapiya və Tibbi bərpa şöbələri fəaliyyət göstərəcək.
Mərkəzin binası 1 zirzəmi və 3 mərtəbədən ibarətdir. Tam təmir olunmuş binanın kamera nəzarət sistemi, mərkəzi istilik sistemi, mərkəzi havalandırma sistemi, yanğından mühafizə sistemi, mərkəzi server sistemi, mərkəzi sterilizasiya sistemi mövcuddur. Həmçinin burada ayrıca transformator və lift quraşdırılıb.
Ümumi tikinti sahəsi 1745,43 m2, ümumi sahəsi 5886,48 m2 olan binanın geniş həyətyanı yaşıllıq zonası və 50 avtomobil üçün nəzərdə tutulmuş dayanacağı da mövcuddur.
Mərkəz Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış kompleksi, Qələbə küçəsi 7 ünvanında yerləşir.
Qeyd edək ki, əhalinin icbari tibbi sığorta çərçivəsində keyfiyyətli və əlçatan tibbi xidmətdən yararlanması, həmçinin səhiyyə xərclərinin optimal istifadəsinin təmin edilməsi məqsədilə birinci səviyyə səhiyyə xidmətlərinin inkişafı TƏBİB-in strateji hədəflərində qarşıya qoyulan əsas məsələlərdən biridir.
10:16 / 22 Noyabr 2026
138
09:15 / 22 Noyabr 2026
543
08:56 / 22 Noyabr 2026
237
01:34 / 22 Noyabr 2026
193
01:33 / 22 Noyabr 2026
174
23:53 / 21 Noyabr 2026
932
23:41 / 21 Noyabr 2026
301
23:11 / 21 Noyabr 2026
1621
23:00 / 21 Noyabr 2026
183
22:47 / 21 Noyabr 2026
555
22:32 / 21 Noyabr 2026
237
22:20 / 21 Noyabr 2026
734
22:02 / 21 Noyabr 2026
639
21:49 / 21 Noyabr 2026
199
21:32 / 21 Noyabr 2026
730
21:27 / 21 Noyabr 2026
219
21:20 / 21 Noyabr 2026
197
21:17 / 21 Noyabr 2026
1041
20:49 / 21 Noyabr 2026
1386
20:33 / 21 Noyabr 2026
248
20:09 / 21 Noyabr 2026
2651
19:14 / 21 Noyabr 2026
927
19:12 / 21 Noyabr 2026
296
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.