Bu ərazilərdə qaz olmayacaq
02 Sentyabr 2026, 21:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
373
07.11.2024, 11:51
Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etmək məqsədilə müvəqqəti dəyişikliklər tətbiq edəcək.
Oxu24.com xəbər verir ki, bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.
Sərnişinlərə bu dövrdə səyahətlərini öncədən planlaşdırmaları tövsiyə olunur.
Dəyişikliklər aşağıdakı kimidir:
- 10-14 noyabr tarixlərində yalnız aviabileti olan sərnişinlər Terminal 1 və Terminal 2-yə daxil ola biləcəklər. Yola salan və qarşılayan şəxslərdən gözləmə zallarında sıxlıq yaranmasının qarşısını almaq üçün hava limanına gəlməmələri xahiş olunur;
- Hava limanının qarşısındakı dayanacaq zonası yalnız xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrılacaq. Bu səbəbdən 10-14 noyabr tarixlərində hava limanı ərazisində nəqliyyat vasitələrinin park edilməsinə icazə verilməyəcək və yalnız sərnişinlərin düşürülməsi mümkün olacaq. Avtomobillərini 10 noyabr tarixindən əvvəl uzunmüddətli park etməyi planlaşdıran sürücülərdən bu məhdudiyyətləri nəzərə almaları xahiş olunur, əks halda avtomobilləri ərazidən evakuasiya ediləcək;
- Şəhər mərkəzindən hava limanına gələn sürücülərə Nizami küçəsi → Yusif Səfərov küçəsi → İzzət Orucova küçəsi → Fəzail Bayramov küçəsi → 8 Noyabr prospekti və Zığ şosesi marşrutunu izləmələri tövsiyə olunur. Bilgəh və Maştağa istiqamətindən gələnlər üçün Mərdəkan və Şüvəlandan keçərək Zığ şosesinə çıxış məsləhət görülür;
- COP29 müddətində (10-22 noyabr) H1 və H2 ekspres avtobusları sərnişinlərə hava limanına rahat çatmaq imkanı yaradacaq. H1 avtobusu 10 dəqiqəlik intervalla “28 May” metro stansiyası, H2 isə 15 dəqiqəlik intervalla “Əhmədli” metro stansiyası marşrutları üzrə fasiləsiz xidmət göstərəcək. Gedişhaqqı ödənişsiz olacaq;
- Sərnişinlərdən mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq, uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları və vaxt itkisini azaltmaq üçün onlayn qeydiyyatdan keçmələri xahiş olunur.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu, COP29 dövründə yüksək sərnişin axını zamanı fasiləsiz və keyfiyyətli xidmətin təmin olunması üçün gücləndirilmiş iş rejimində bütün zəruri tədbirləri görməkdədir.

21:22 / 02 Sentyabr 2026
1
21:19 / 02 Sentyabr 2026
19
21:15 / 02 Sentyabr 2026
18
21:08 / 02 Sentyabr 2026
35
21:06 / 02 Sentyabr 2026
35
21:04 / 02 Sentyabr 2026
248
20:54 / 02 Sentyabr 2026
55
20:45 / 02 Sentyabr 2026
45
20:34 / 02 Sentyabr 2026
55
20:24 / 02 Sentyabr 2026
47
20:14 / 02 Sentyabr 2026
56
20:03 / 02 Sentyabr 2026
48
19:53 / 02 Sentyabr 2026
57
19:43 / 02 Sentyabr 2026
76
19:29 / 02 Sentyabr 2026
67
19:03 / 02 Sentyabr 2026
83
18:51 / 02 Sentyabr 2026
90
18:34 / 02 Sentyabr 2026
65
18:30 / 02 Sentyabr 2026
89
18:20 / 02 Sentyabr 2026
69
18:10 / 02 Sentyabr 2026
77
18:00 / 02 Sentyabr 2026
85
17:55 / 02 Sentyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.