Tanınmış ailəyə ağır itki üz verib
02 Sentyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
300
06.11.2024, 16:48
Ötən gün paytaxtda “BakuBus” MMC-yə məxsus 125 nömrəli avtobusun sürücüsü ilə sərnişinlər arasında narazılıq yaranıb.
Oxu24.com Baku.ws-ə istinadən xəbər verir ki, sənişinlə sürücü arasında mübahisə düşdükdən sonra sürücü avtobusu kənara çəkib. O, sərnişinlərə avtobusu tərk etməli olduqlarını bildirib və nəqliyyat vasitəsinin nasaz olduğunu deyib.
“BakuBus” MMC-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı daxili araşdırma aparılıb: “BakuBus” MMC-nin istismarında olan 125 nömrəli marşrut xətti üzrə hərəkət edən 99JU719 dövlət qeydiyyat nömrəli avtobusda yaranan texniki nasazlıq nəticəsində xoşagəlməz hadisə baş verib.
Avtobusun sürətlər qutusunda nasazlıq baş verdiyindən sürücü avtobusu dayandırmaq məcburiyyətində qalıb və dərhal Monitorinq Mərkəzinə məlumat verib.
Lakin bu anda bəzi sərnişinlər avtobusun yoluna davam etməsini tələb edib, nəticədə sürücü ilə sərnişinlər arasında anlaşılmazlıq və konflikt yaranıb.
Videomüşahidələrdən məlum olub ki, sürücü sərnişinlərə qarşı kobud davranış nümayiş etdirib. Avtobusu idarə edən sürücü - Əliağayev Məmmədağa Balaağa oğluna nizam-intizam qaydalarına uyğun olaraq inzibati tənbeh verilib”.
23:10 / 02 Sentyabr 2026
33
22:51 / 02 Sentyabr 2026
31
22:50 / 02 Sentyabr 2026
46
22:45 / 02 Sentyabr 2026
43
22:34 / 02 Sentyabr 2026
149
22:15 / 02 Sentyabr 2026
51
22:13 / 02 Sentyabr 2026
294
22:09 / 02 Sentyabr 2026
92
22:03 / 02 Sentyabr 2026
191
21:58 / 02 Sentyabr 2026
43
21:48 / 02 Sentyabr 2026
1509
21:39 / 02 Sentyabr 2026
50
21:30 / 02 Sentyabr 2026
291
21:22 / 02 Sentyabr 2026
60
21:19 / 02 Sentyabr 2026
55
21:15 / 02 Sentyabr 2026
63
21:08 / 02 Sentyabr 2026
62
21:06 / 02 Sentyabr 2026
71
21:04 / 02 Sentyabr 2026
1771
20:54 / 02 Sentyabr 2026
129
20:45 / 02 Sentyabr 2026
58
20:34 / 02 Sentyabr 2026
84
20:24 / 02 Sentyabr 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.