Tələbə qəfil DÜNYASINI DƏYİŞDİ
22 Noyabr 2026, 11:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
421
06.11.2024, 11:20
Oxu24.com xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, siyasi şərhçi kimi tanınan Nəzakət Məmmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dövlətə xəyanət ittihamından 13 il azadlıqdan məhrumetmə cəzası alıb. Məhkəmə prosesi bu günlərdə başa çatıb və hökm oxunub.
46 yaşlı Nəzakət Məmmədova, Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirli bilinir. İttihamda qeyd olunur ki, o, “siyasi şərhçi” və “jurnalist” adı altında gizli fəaliyyət göstərərək tapşırıqlar alıb. Məmmədova həmçinin “Alfa TV” adlı YouTube kanalının rəhbəri idi və bu kanalda açıq şəkildə Rusiyapərəst materiallar yayımlanırdı. İttihamda bu kanalın yaradılması, müsahibələrin təşkili və digər materialların yayımı onun fəaliyyətinin bir hissəsi olaraq göstərilir.
Həmçinin oxu: Rubl görün neçəyə oldu— MƏZƏNNƏ
ABŞ -nin yeni prezidenti məlum oldu
Cinayət işinin sənədlərində iddia edilir ki, N.Məmmədova Moskvaya tez-tez səfərlər edib, gizli görüşlərdə iştirak edib və bu fəaliyyətlərin müqabilində ona pullar göndərilib. Maraqlıdır ki, bu pul köçürmələri Məmmədovanın öz adına deyil, başqalarının adına həyata keçirilib və bankdan çıxarılıb. İttihamda, o, digər şəxsləri də Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqələndirməyə çalışmaqda ittiham olunur.
Lakin Nəzakət Məmmədova bu ittihamları rədd edir. Özünü günahsız hesab edən Məmmədova bildirib ki, Moskvaya əsasən konfranslar və çıxışlar üçün gedib. Onun sözlərinə görə, aldığı pullar yalnız bu fəaliyyətlər üçün ödənilən qonorarlar və ezamiyyət xərclərindən ibarət olub. “Əgər gizli şəkildə pul almaq niyyətim olsaydı, həmin pulları nağd şəkildə gətirərdim. Keçmiş həyat yoldaşımın gəlirlərimdən xəbərdar olmasını istəmirdim, buna görə pulları başqalarının adına çıxarırdım,” – deyə Məmmədova ifadə verib.
Xatırladaq ki, Nəzakət Məmmədova 2023-cü ilin oktyabrında Azərbaycan hüquq - mühafizə orqanları tərəfindən saxlanılıb.
11:38 / 22 Noyabr 2026
1
11:12 / 22 Noyabr 2026
83
10:51 / 22 Noyabr 2026
295
10:47 / 22 Noyabr 2026
135
10:38 / 22 Noyabr 2026
96
10:16 / 22 Noyabr 2026
565
09:15 / 22 Noyabr 2026
792
08:56 / 22 Noyabr 2026
328
01:34 / 22 Noyabr 2026
211
01:33 / 22 Noyabr 2026
177
23:53 / 21 Noyabr 2026
973
23:41 / 21 Noyabr 2026
321
23:11 / 21 Noyabr 2026
1704
23:00 / 21 Noyabr 2026
190
22:47 / 21 Noyabr 2026
580
22:32 / 21 Noyabr 2026
244
22:20 / 21 Noyabr 2026
753
22:02 / 21 Noyabr 2026
650
21:49 / 21 Noyabr 2026
206
21:32 / 21 Noyabr 2026
749
21:27 / 21 Noyabr 2026
224
21:20 / 21 Noyabr 2026
206
21:17 / 21 Noyabr 2026
1070
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.