Qaynar xətt:

(+99450) 247 90 86

Sabah bu rayonun bəzi əraziləri QAZSIZ QALACAQ


Sabah bu rayonun bəzi əraziləri QAZSIZ QALACAQ

CƏMİYYƏT

345

06.11.2024, 00:31

Nərimanov rayonunun C.Hacıbəyli 35 ünvanında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 06.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

OXU24.COM xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə C.Hacıbəyli küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.