Tanınmış ailəyə ağır itki üz verib
02 Sentyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
242
04.11.2024, 14:27
Çiy dönər daşınması zamanı qanunvericiliklə nəzərdə tutulmuş baytarlıq sənədləri ilə müşayiət olunmalıdır.
Oxu24.com xəbər verir ki, bu, “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında Qida Təhlükəsizliyi Agentliyinin kollegiyasında qərar qəbul olunmuş qərarda əksini tapıb.
Qərara görə, hər bir çiy dönər partiyasının emal prosesi (ətin sümükdən ayrılması, bölünməsi, xırdalanması, duz və ədviyyatın qarışdırılması, dönər şişlərinə və borularına düzülməsi, qablaşdırılması və etiketlənməsi) havanın temperaturu +120C-dən yüksək olmayan şəraitdə eyni növbə ərzində həyata keçirilməli və həmin müddətdə ətin 70C-dən (quş ətinin 40C-dən) yüksək olmayan temperaturunun saxlanması təmin olunmalıdır. Digər müəssisələrə göndərilməsi və ya dondurulmaya cəlb olunması nəzərdə tutulan çiy dönər ətə təsir etməyən və ətin xüsusiyyətini dəyişdirməyən, eləcə də çiy dönərin təsir edə bilmədiyi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən qida ilə təmasda olan materialdan hazırlanmış vakuum, yaxud hava boşluğu qalmayan qablaşdırmalarda saxlanılmalıdır.
Çiy dönərlərin dondurulması qablaşdırmadan dərhal sonra şaquli vəziyyətdə saxlanması təmin olunmaqla sürətli (şok) dondurma tunellərində -420C və daha aşağı temperatur şəraitində həyata keçirilməlidir. Dondurulmuş çiy dönərlərin donunun açılması prosesi dönərin ən dərin orta nöqtəsində temperaturun 0°C ilə 4°C arasında olması şərtilə soyudulmuş vəziyyətə gətirilməsi, bu prosesdə yaranan suyun, əsasən çiy dönərin əzələ liflərinə, toxuma hüceyrələrinə və boşluqlarına daxil olması şəraitində suyun kənara mümkün qədər çox axmaması təmin edilməlidir. Bunun üçün gigiyena qaydalarına əməl edilməklə və dönərin keyfiyyətinə mənfi təsirlərə yol verilməməklə temperaturu 18°C-dən yüksək olmayan durğun hava, təzyiqli hava axını, təzyiqli su buxarı-hava qarışığı üsullarından istifadə edilməlidir. Dondurulmuş çiy dönərin saxlanması və daşınması -180C-dən yüksək olmayan temperaturda həyata keçirilməli və yararlılıq müddəti 3 aydan çox olmamalıdır.
Təzə çiy dönərin hazırlandığı, habelə dondurulmuş çiy dönərin donunun açıldığı vaxtdan bişirməyə başlanmasına qədərki müddətdə saxlanması və daşınması +10C ilə +40C arasında olan temperaturda həyata keçirilməli və bu müddət ümumilikdə 8 saatdan çox olmamalıdır.
Təzə çiy dönərin və donu açılmış çiy dönərin şaquli vəziyyətdə tərpənməz saxlanması təmin olunmaqla nəqliyyat vasitələrində daşınma müddəti 4 saatı keçməməli və daşınma başa çatdırıldıqdan sonra dərhal bişirməyə başlanmalıdır.
Çiy dönərin bişirilməyə başlandığı andan etibarən yararlılıq müddəti ən çoxu 12 saatdır.
23:10 / 02 Sentyabr 2026
426
22:51 / 02 Sentyabr 2026
89
22:50 / 02 Sentyabr 2026
124
22:45 / 02 Sentyabr 2026
97
22:34 / 02 Sentyabr 2026
267
22:15 / 02 Sentyabr 2026
82
22:13 / 02 Sentyabr 2026
618
22:09 / 02 Sentyabr 2026
182
22:03 / 02 Sentyabr 2026
369
21:58 / 02 Sentyabr 2026
75
21:48 / 02 Sentyabr 2026
2499
21:39 / 02 Sentyabr 2026
69
21:30 / 02 Sentyabr 2026
422
21:22 / 02 Sentyabr 2026
75
21:19 / 02 Sentyabr 2026
71
21:15 / 02 Sentyabr 2026
83
21:08 / 02 Sentyabr 2026
86
21:06 / 02 Sentyabr 2026
93
21:04 / 02 Sentyabr 2026
2434
20:54 / 02 Sentyabr 2026
172
20:45 / 02 Sentyabr 2026
73
20:34 / 02 Sentyabr 2026
114
20:24 / 02 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.