Qaynar xətt:

(+99450) 247 90 86

Neftçalada kişi yanaraq öldü

Neftçalada kişi yanaraq öldü

CƏMİYYƏT

265

04.11.2024, 12:13

Neftçalada fərdi yaşayış evində yanğın baş verib.

Oxu24.com xəbər verir ki, hadisə Bankə qəsəbəsində qeydə alınıb. Hadisə yerinə Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisədə qəsəbə sakini, 64 yaşlı Xanməmmədov Məhəmməd Böyükağa oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.