23 noyabrla bağlı XƏBƏRDARLIQ
22 Noyabr 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
318
03.11.2024, 17:04
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.
Bu barədə DİM-dən bildirilib.
İmtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün 775 namizəd qeydiyyatdan keçib. Onlardan 754 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 662 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4 – 5 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.
12:51 / 22 Noyabr 2026
51
12:30 / 22 Noyabr 2026
87
12:17 / 22 Noyabr 2026
297
11:38 / 22 Noyabr 2026
740
11:12 / 22 Noyabr 2026
181
10:51 / 22 Noyabr 2026
562
10:47 / 22 Noyabr 2026
193
10:38 / 22 Noyabr 2026
135
10:16 / 22 Noyabr 2026
760
09:15 / 22 Noyabr 2026
914
08:56 / 22 Noyabr 2026
381
01:34 / 22 Noyabr 2026
214
01:33 / 22 Noyabr 2026
183
23:53 / 21 Noyabr 2026
1014
23:41 / 21 Noyabr 2026
333
23:11 / 21 Noyabr 2026
1760
23:00 / 21 Noyabr 2026
194
22:47 / 21 Noyabr 2026
600
22:32 / 21 Noyabr 2026
253
22:20 / 21 Noyabr 2026
771
22:02 / 21 Noyabr 2026
658
21:49 / 21 Noyabr 2026
215
21:32 / 21 Noyabr 2026
785
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.