Tanınmış ailəyə ağır itki üz verib
02 Sentyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
367
02.11.2024, 23:33
Cins şalvar geyərkən ayaqqabı və aksesuar seçiminə elə də diqqət yetirilmir. Ancaq şalvarın tikilişi və uzunluğu bədən tipinə uyğun olmadıqda əyində yaxşı görsənmir.
OXU24.COM bildirir ki, cins şalvar geyərkən diqqət yetirəcəyiniz bəzi məqamlara aydınlıq gətirəcək.
Cins şalvar geyərkən bu detallara diqqət yetirərək həm rahat, həm də qəşəng bir görünüş əldə edə bilərsiniz. Doğru kombinasiya ilə özünüzü daha inamlı, daha gözəl hiss etmək çətin deyil.
Cins parçalarından bir yerdə istifadə etmək qəşəng bir görünüş yarada bilər. Eyni tonları seçmək məcburiyyətində deyilsiniz, fərqli tonlar arasında uyğunluq yaradaraq kombinasiyalarınızı daha dinamik edə bilərsiniz.
Düz kəsim cins şalvarlar hər qarderobda olmalıdır. Ancaq uzunluğu düzgün olmadıqda ayaqları olduğundan daha kök göstərə bilər. Klassik bir görünüş üçün şalvar paçalarının ayaq biləyinə qədər olmasını unutmayın.
Cins şalvarın paçaları bərabər uzunluqda və nizamlı olmalıdır. Dağınıq paçalar görünüşü zədələyər. Paçalarınızı ölçərkən baş barmağınızdan istifadə edərək bərabər məsafə əldə etmək yaxşı bir üsuldur.
Cins şalvarın belindən qılçayadək olan məsafə bədəninizin görünüşünə böyük ölçüdə təsir edir. Xüsusilə yüksək bel modelləri hər kəsin əyninə eyni şəkildə oturmaya bilər. Bədəninizin quruluşunu diqqətə almaq əhəmiyyətlidir.
Dar çəkmələr ilə dar ayaqlı şalvar, skinni modellər seçmək uğurludur. Daha bol kəsim şalvarlar istənməyən qırışıqlara səbəb ola bilər. Şalvar paçalarının botların üst qismi ilə eyni səviyyədə olmaması ümumi görünüşünüzü gözəlləşdirər.
Orta bel cins şalvarları yüksək bel kimi göstərməyə çalışmaq çətin vəziyyət yarada bilər. Bu cür şalvarları kəmərlə geymək daha gözəl görsədər. Əks halda qırışıq və narahat bir görünüş olar.
Moda trendlerini izləmək əhəmiyyətlidir, ancaq bədən şəklinizi diqqətə almaq daha önəmlidir. Bol kəsim cinslər hər bədən tipi üçün uyğun olmaya bilər. Bədən tipinə uyğun seçim etməlisiz.
İspan paça cinslərin ideal boyu yerdən 1.5 sm yuxarıda olmalıdır. Qısa və ya çox uzun paçalar bədən görünüşünə mənfi təsir edə bilər.
Arxa ciblərin dizaynı və yerləşməsi bədən xəttlərinizi dəyişdirə bilər. Geniş ciblər ombaları daha böyük göstərir, düz tikilmiş ciblər daha zərif görünür. Skinni şalvarlar kəmər ilə birlikdə daha qəşəng görünər. Kəmər belinizi önə çəkərək tərzinizə müasir bir görünüş verər.
23:10 / 02 Sentyabr 2026
426
22:51 / 02 Sentyabr 2026
89
22:50 / 02 Sentyabr 2026
124
22:45 / 02 Sentyabr 2026
97
22:34 / 02 Sentyabr 2026
267
22:15 / 02 Sentyabr 2026
82
22:13 / 02 Sentyabr 2026
618
22:09 / 02 Sentyabr 2026
182
22:03 / 02 Sentyabr 2026
369
21:58 / 02 Sentyabr 2026
75
21:48 / 02 Sentyabr 2026
2499
21:39 / 02 Sentyabr 2026
69
21:30 / 02 Sentyabr 2026
422
21:22 / 02 Sentyabr 2026
75
21:19 / 02 Sentyabr 2026
71
21:15 / 02 Sentyabr 2026
83
21:08 / 02 Sentyabr 2026
86
21:06 / 02 Sentyabr 2026
93
21:04 / 02 Sentyabr 2026
2434
20:54 / 02 Sentyabr 2026
172
20:45 / 02 Sentyabr 2026
73
20:34 / 02 Sentyabr 2026
114
20:24 / 02 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.