Tanınmış ailəyə ağır itki üz verib
02 Sentyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
273
02.11.2024, 21:35
Orta məktəblərdə şagirdlərin həyata hazırlanması üçün onlara lazımi bilik və bacarıqların öyrədilməsi məqsədilə ana dili, riyaziyyat, ədəbiyyat, tarix və digər vacib fənlər tədris olunur. Bunlardan biri də biologiyadır. Təəssüflər olsun ki, bir sıra müəllimlər biologiya fənninə aid olan bəzi dərsləri şagirdlərə keçmirlər. Bunlar daha çox insan anatomiyası və cinsiyyət sistemi ilə bağlı olan dərslərdir. Bəs buna səbəb nədir?
OXU24.COM xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, müəllimlərin orta məktəblərdə cinsiyyətlə bağlı dərsləri keçməməsinin bir neçə səbəbi ola bilər:
"İlk növbədə mədəni və ictimai təzyiq faktoru var. Cəmiyyətin konservativ dəyərləri və cinsiyyət mövzularına dair tabular, müəllimlərin bu dərsləri keçməsini çətinləşdirən səbəblərdir. Xüsusilə də bu, bölgələrdə özünü daha çox büruzə verir".
G.Əkbərovanın sözlərinə görə, məktəblərdə tədris olunan fənlərdə cinsiyyət bərabərliyi və cinsiyyət mövzuları tədris proqramında öz əksini yetəri qədər tapa bilmir:
"Müəllimlərin cinsiyyət bərabərliyi və cinsiyyət mövzularında kifayət qədər biliklərin olmaması, mövzuya daha düzgün yanaşmanı bilməməsi də bu dərslərin keçirilməməsinə səbəb olur. Bəzən də valideynlər cinsiyyətlə bağlı dərsləri mənfi qarşılayırlar, bu da müəllimlərin həmin mövzuda danışmağını çətinləşdirir. Bu amillər cinsiyyət bərabərliyinin və anlayışının düzgün aydınlaşdırılmasını əngəlləyə bilər".
23:10 / 02 Sentyabr 2026
426
22:51 / 02 Sentyabr 2026
89
22:50 / 02 Sentyabr 2026
124
22:45 / 02 Sentyabr 2026
97
22:34 / 02 Sentyabr 2026
267
22:15 / 02 Sentyabr 2026
82
22:13 / 02 Sentyabr 2026
618
22:09 / 02 Sentyabr 2026
182
22:03 / 02 Sentyabr 2026
369
21:58 / 02 Sentyabr 2026
75
21:48 / 02 Sentyabr 2026
2499
21:39 / 02 Sentyabr 2026
69
21:30 / 02 Sentyabr 2026
422
21:22 / 02 Sentyabr 2026
75
21:19 / 02 Sentyabr 2026
71
21:15 / 02 Sentyabr 2026
83
21:08 / 02 Sentyabr 2026
86
21:06 / 02 Sentyabr 2026
93
21:04 / 02 Sentyabr 2026
2434
20:54 / 02 Sentyabr 2026
172
20:45 / 02 Sentyabr 2026
73
20:34 / 02 Sentyabr 2026
114
20:24 / 02 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.