Qaynar xətt:

(+99450) 247 90 86

6 yaşlı uşaq qəbiristanlıqda ölü tapıldı - Küçədən kağız toplayan biri onu... -FOTOLAR


6 yaşlı uşaq qəbiristanlıqda ölü tapıldı - Küçədən kağız toplayan biri onu... -FOTOLAR

CƏMİYYƏT

307

02.11.2024, 17:48

İstanbulun Şişli rayonunda 2 gündür itkin düşən 6 yaşlı Şirin Elmas Hanilçinin cansız cəsədinin Feriköy qəbiristanlığında tapılması ilə bağlı təfərrüatlar ortaya çıxıb.

OXU24.COM xəbər verir ki, ətrafdakı təhlükəsizlik kameralarını araşdıran polis qrupları Şirinin küçələrdən kağız toplayan M.Ö. ilə qəbiristanlığa girdiyini müəyyən edib.

Oktyabrın 31-də Şişlidə yoxa çıxan 6 yaşlı Şirin Elmas Hanilçinin ailəsi televiziya proqramında iştirak edərək kömək istəyib. Bunun üzərinə hərəkətə keçən polis qrupları bölgədəki təhlükəsizlik kameralarını araşdıraraq araşdırma başladıblar.

Cəsəd müayinə olunmaq üçün Ədliyyə Tibb İnstitutunun morquna aparılıb.

 

Bizi Telegram-da izləyin