Qaynar xətt:

(+99450) 247 90 86

Metro istifadəçilərinin nəzərinə! - Noyabrın 4-də...

Metro istifadəçilərinin nəzərinə! - Noyabrın 4-də...

CƏMİYYƏT

303

01.11.2024, 22:33

Noyabrın 4-də "Bakı Metropoliteni" QSC-də qatarların "Bakmil” stansiyasına hərəkət cədvəli növbəti dəfə dəyişdiriləcək.

Bu barədə OXU24.COM  "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, metroda dispetçer idarəetməsində tətbiq edilmiş innovativ rəqəmsal texnoloji yenilik uğurla 3-cü mərhələ sınağından keçirilib. İşlərin davamı kimi “Bakmil” stansiyasına gedən qatarların hərəkət cədvəli bu günə olan qaydaya uyğun təmin ediləcək.