Tanınmış ailəyə ağır itki üz verib
02 Sentyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
212
01.11.2024, 16:00
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun Qlobal Təhsil Görüşündə iştirak üçün Braziliyanın Fortaleza şəhərində səfərdədir.
Oxu24.com xəbər verir ki, tədbirin ilk günündə nümayəndə heyəti Qlobal Təhsil Monitorinqi Hesabatının təqdimatında, eləcə də təhsildə bərabərlik və inklüzivlik, təhsil, elm və texnologiya kimi bir sıra plenar sessiyalarda iştirak edib.
Oktyabrın 31-də Emin Əmrullayev tədbirin iqlim və ətraf mühit mövzusuna həsr olunmuş sessiyasında bağlanış nitqi ilə çıxış edib. Sessiyadakı çıxışında nazir Azərbaycanda həyata keçirilən yaşıl təhsil və iqlim təhsili siyasəti haqqında məlumat verib və ölkəmizin uğurlu təcrübələrini bölüşüb. Emin Əmrullayev həmçinin tezliklə ölkəmizdə keçiriləcək COP29-un əhəmiyyətini vurğulayıb və auditoriya iştirakçılarını bu tədbirdə iştiraka dəvət edib.
31 oktyabr – 1 noyabr tarixlərində keçirilən UNESCO-nun Qlobal Təhsil Görüşündə təşkilata üzv ölkələrin təhsil və maliyyə nazirləri, UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Stefaniya Ciannini və bir sıra təşkilatların rəsmiləri iştirak edirlər.
Qeyd edək ki, tədbir bu gün öz işinə yekun vuracaq.


23:10 / 02 Sentyabr 2026
683
22:51 / 02 Sentyabr 2026
115
22:50 / 02 Sentyabr 2026
189
22:45 / 02 Sentyabr 2026
126
22:34 / 02 Sentyabr 2026
374
22:15 / 02 Sentyabr 2026
106
22:13 / 02 Sentyabr 2026
872
22:09 / 02 Sentyabr 2026
274
22:03 / 02 Sentyabr 2026
554
21:58 / 02 Sentyabr 2026
88
21:48 / 02 Sentyabr 2026
3302
21:39 / 02 Sentyabr 2026
77
21:30 / 02 Sentyabr 2026
568
21:22 / 02 Sentyabr 2026
82
21:19 / 02 Sentyabr 2026
82
21:15 / 02 Sentyabr 2026
94
21:08 / 02 Sentyabr 2026
98
21:06 / 02 Sentyabr 2026
109
21:04 / 02 Sentyabr 2026
2904
20:54 / 02 Sentyabr 2026
201
20:45 / 02 Sentyabr 2026
82
20:34 / 02 Sentyabr 2026
131
20:24 / 02 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.