Tanınmış ailəyə ağır itki üz verib
02 Sentyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
257
01.11.2024, 13:30
Xəbər verdiyimiz kimi, bu gündən Bakıda bir sıra küçə və prospektlərdə təşkil edilmiş COP29 zolaqlarına avtomobillərin daxil olması qadağan edilib.
Oxu24.com un məlumatına görə, ötən gün aidiyyəti dövlət qurumu tərəfindən həmin zolaqlara müntəzəm marşrut xətləri üzrə avtobusların daxil olmaması ilə bağlı da göstəriş verilib. Lakin bu gün səhər avtobusların sürücü monitorlarına bildirişlər göndərilərək müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusların müvəqqəti olaraq COP29 nişanlı zolaqlardan istifadə edə biləcəyi bildirilib.
Bu qərar bir sıra istiqamətlərdə sürücülərin çaşqınlıq yaşamasına səbəb olsa da, qısa vaxtda sərnişindaşıma ilə bağlı vəziyyət qaydasına düşüb.
Bildirilib ki, COP29 beynəlxalq tədbirləri ilə əlaqədar müəyyən edilmiş vaxtadək avtobuslar bu zolaqlara daxil ola bilər. Lakin tədbir günlərində avtobuslar da COP29 zolaqlarına buraxılmayacaq. Belə ki, buradan yalnız müvafiq icazəsi olan nəqliyyat vasitələri istifadə edə biləcək.
Qeyd edək ki, daha əvvəl AYNA tərəfindən verilmiş açıqlamalarda tədbirdən sonra COP29 zolaqlarının avtobus zolağı kimi saxlanmasının nəzərdə tutulduğu bildirilib.
Onu da əlavə edək ki, qanunvericiliyə əsasən, COP29 zolaqları avtobus zolaqları statusundadır və 5.9-cu - “ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” nişanı ilə işarələnir. Buraya qanunsuz daxil olan digər nəqliyyat vasitələri 100 manat + 3 cərimə balı dəyərində cəzalandırılır.
23:10 / 02 Sentyabr 2026
683
22:51 / 02 Sentyabr 2026
115
22:50 / 02 Sentyabr 2026
189
22:45 / 02 Sentyabr 2026
126
22:34 / 02 Sentyabr 2026
374
22:15 / 02 Sentyabr 2026
106
22:13 / 02 Sentyabr 2026
872
22:09 / 02 Sentyabr 2026
274
22:03 / 02 Sentyabr 2026
554
21:58 / 02 Sentyabr 2026
88
21:48 / 02 Sentyabr 2026
3302
21:39 / 02 Sentyabr 2026
77
21:30 / 02 Sentyabr 2026
568
21:22 / 02 Sentyabr 2026
82
21:19 / 02 Sentyabr 2026
82
21:15 / 02 Sentyabr 2026
94
21:08 / 02 Sentyabr 2026
98
21:06 / 02 Sentyabr 2026
109
21:04 / 02 Sentyabr 2026
2904
20:54 / 02 Sentyabr 2026
201
20:45 / 02 Sentyabr 2026
82
20:34 / 02 Sentyabr 2026
131
20:24 / 02 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.