Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanı keçirilib
22 Noyabr 2026, 14:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
337
31.10.2024, 21:25
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 31-də Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçeklə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin siyasi, iqtisadi və humanitar aspektləri müzakirə edilib, ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, o cümlədən parlament sədrləri və dostluq qrupları səviyyəsində təmasların əhəmiyyəti vurğulanıb. Spiker Sahibə Qafarova, parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərin inkişafında mühüm rolunu qeyd edərək, Altıncı çağırış Milli Məclis dövründə Çex parlamenti ilə əməkdaşlığın genişlənməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. O, VII çağırış dövründə də bu əməkdaşlığın davam etdiriləcəyinə inamını ifadə edib və parlamentlərin dostluq qrupları ilə profil komitələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətinin və qarşılıqlı dəstəyinin mühüm olduğunu deyən parlamentin spikeri, parlamentlərarası əlaqələrdə obyektiv məlumatların paylaşılması baxımından qarşılıqlı məlumatlandırmanın inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Gələn ay Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a hazırlıq prosesindən söz açan spiker Sahibə Qafarova deyib ki, COP-29-un qlobal bir problemə və həmrəylik tələb edən bir məsələyə həsr olunduğunu nəzərə alaraq, tədbirin siyasiləşdirilməsi cəhdləri yolverilməzdir. Azərbaycan parlamentinin iqlim dəyişmələri kimi qlobal çağırışların həlli üzrə aparılan müzakirələrə parlament töhfəsinin təmin olunması istiqamətində səyləri haqda danışan spiker qeyd edib ki, Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə COP-29 çərçivəsində tədbirə qatılacaq parlamentarilər üçün iqlim dəyişikliyi ilə mübarizədə geniş fikir mübadiləsi aparmaq və birgə mövqedən çıxış etmək imkanı yaradacaq Parlament toplantısı keçirməyi planlaşdırır.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Milan Sedlaçek, spiker Sahibə Qafarovanı Milli Məclisin VII çağırışında yenidən sədr seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Qonaq, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlıqdan məmnun olduğunu, bu əlaqələrin davam etdiriləcəyinə əminliyini ifadə edib. COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir, Çexiyanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirib, bu tədbirin iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


14:11 / 22 Noyabr 2026
24
13:47 / 22 Noyabr 2026
62
13:20 / 22 Noyabr 2026
84
12:51 / 22 Noyabr 2026
114
12:30 / 22 Noyabr 2026
187
12:17 / 22 Noyabr 2026
847
11:38 / 22 Noyabr 2026
1086
11:12 / 22 Noyabr 2026
235
10:51 / 22 Noyabr 2026
673
10:47 / 22 Noyabr 2026
220
10:38 / 22 Noyabr 2026
148
10:16 / 22 Noyabr 2026
852
09:15 / 22 Noyabr 2026
998
08:56 / 22 Noyabr 2026
403
01:34 / 22 Noyabr 2026
222
01:33 / 22 Noyabr 2026
187
23:53 / 21 Noyabr 2026
1060
23:41 / 21 Noyabr 2026
355
23:11 / 21 Noyabr 2026
1804
23:00 / 21 Noyabr 2026
198
22:47 / 21 Noyabr 2026
622
22:32 / 21 Noyabr 2026
258
22:20 / 21 Noyabr 2026
777
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.