Kreditinizi Birbank-a gətirin 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin
03 Sentyabr 2026, 12:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
254
31.10.2024, 20:31
Oktyabrın 31-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin 8-ci iclası baş tutub.
OXU24.COM xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev artıq COP29-a sayılı günlərin qaldığını qeyd edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan ötən dövr ərzində COP29-a ciddi hazırlıq prosesinin daha da sürətləndirildiyini və yekunlaşmaqda olduğunu vurğulayıb.
Samir Nuriyev Prezident İlham Əliyevin oktyabrın 17-də Bakı Olimpiya Stadionunda aparılan genişmiqyaslı hazırlıq işləri ilə növbəti dəfə tanış olaraq tapşırıq və göstərişlər verdiyini nəzərə çatdırıb.
Təşkilat Komitəsinin sədri Azərbaycana və Prezident İlham Əliyevə hörmətin bariz nümunəsi olaraq COP29 Liderlər Sammitində 100-dən artıq dövlət və hökumət başçısının, vitse-prezidentlərin iştirakının gözlənildiyini bildirib.
Samir Nuriyev əlavə edib ki, COP29-da iştirak üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi vasitəsilə 50 mindən artıq şəxs qeydiyyatdan keçib və bu proses davam etdiyi üçün say daha da artacaq.
Təşkilat Komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyev oktyabrın 10-11-də Bakıda keçirilmiş Pre-COP29 tədbirinə ünvanladığı müraciətində COP29-da yeni iqlim maliyyəsi hədəfi ilə bağlı razılaşmaya nail olunmasının vacibliyini vurğulayaraq, "Bakı Sazişi"nin əldə edilməsinin beynəlxalq ictimaiyyətin ümumi nailiyyəti kimi tarixə düşəcəyinə inamını ifadə edib. Bu xüsusda, Samir Nuriyev deyib ki, Azərbaycan tərəfinin xarici tərəfdaşlarla təmasları zamanı COP29-da uğurlu nəticələrin əldə edilməsi imkanlarının daha da artdığı aydın hiss olunur.
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
12:11 / 03 Sentyabr 2026
1
12:04 / 03 Sentyabr 2026
18
11:56 / 03 Sentyabr 2026
98
11:55 / 03 Sentyabr 2026
29
11:47 / 03 Sentyabr 2026
31
11:41 / 03 Sentyabr 2026
38
11:34 / 03 Sentyabr 2026
38
11:13 / 03 Sentyabr 2026
46
11:00 / 03 Sentyabr 2026
47
10:50 / 03 Sentyabr 2026
68
10:18 / 03 Sentyabr 2026
68
10:16 / 03 Sentyabr 2026
72
10:14 / 03 Sentyabr 2026
64
10:13 / 03 Sentyabr 2026
67
10:12 / 03 Sentyabr 2026
64
23:10 / 02 Sentyabr 2026
845
22:51 / 02 Sentyabr 2026
133
22:50 / 02 Sentyabr 2026
229
22:45 / 02 Sentyabr 2026
141
22:34 / 02 Sentyabr 2026
422
22:15 / 02 Sentyabr 2026
118
22:13 / 02 Sentyabr 2026
1013
22:09 / 02 Sentyabr 2026
315
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.