Kreditinizi Birbank-a gətirin 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin
03 Sentyabr 2026, 12:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
426
31.10.2024, 18:17
“Tərtər işi” üzrə mühakimə olunan sonuncu dəstənin məhkəmə araşdırması başa çatıb.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.
Sədrlik edən hakim Zeynal Ağayev elan edib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb.
Hökmə əsasən, Fuad Ağayevə 13 il, Cavid Ağadadaşov və Qurban Cümşüdova 10 il, Fuad Axundov və Ramil Əhmədova isə 9 il 6 azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Son ikisi istisna olmaqla, digərləri bu işdən əvvəl həbsdə idilər. Hökmdə qeyd olunur ki, onların çəkilmiş cəzaları nəzərə alınmaqla yekun olaraq- C.Ağadadaşov və Q.Cümşüdov üzərində 4 il azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Sabiq korpus komandiri Hikmət Həsənovun köməkçisi F.Ağayev isə hələ 2017-ci ildən “Tərtər işi”nə görə məhkum edilmişdi. Onun artıq 6 il çəkilməmiş cəzası qalıb.
Qeyd edək ki, “Tərtər işi” üzrə istintaq 2021-ci ildə yenilənib. Həmin vaxtdan sonra ən ağır cəza Fuad Ağayevə verilib. Mayor rütbəsi ilə xidmət etmiş Ağayev cinayət baş verən dövrdə sabiq korpus komandiri general-mayor Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi işləyib.
Amma o, da digər müttəhimlər kimi özünü təqsirli bilməyib, bəraət istəyib.
12:04 / 03 Sentyabr 2026
13
11:56 / 03 Sentyabr 2026
84
11:55 / 03 Sentyabr 2026
28
11:47 / 03 Sentyabr 2026
30
11:41 / 03 Sentyabr 2026
38
11:34 / 03 Sentyabr 2026
38
11:13 / 03 Sentyabr 2026
46
11:00 / 03 Sentyabr 2026
47
10:50 / 03 Sentyabr 2026
68
10:18 / 03 Sentyabr 2026
68
10:16 / 03 Sentyabr 2026
72
10:14 / 03 Sentyabr 2026
64
10:13 / 03 Sentyabr 2026
67
10:12 / 03 Sentyabr 2026
64
23:10 / 02 Sentyabr 2026
845
22:51 / 02 Sentyabr 2026
133
22:50 / 02 Sentyabr 2026
229
22:45 / 02 Sentyabr 2026
141
22:34 / 02 Sentyabr 2026
422
22:15 / 02 Sentyabr 2026
118
22:13 / 02 Sentyabr 2026
1013
22:09 / 02 Sentyabr 2026
314
22:03 / 02 Sentyabr 2026
664
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.