4 sentyabrda bizi nələr gözləyir? — ULDUZ FALI
03 Sentyabr 2026, 13:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
299
31.10.2024, 15:11
Saxlanma Mərkəzində saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yemək və maddi-məişət təminatı ilə bağlı yeni qaydalar müəyyən olunur.
Oxu24.com xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gündə üç dəfə yemək və maddi-məişət normalarına uyğun, keyfiyyət baxımından müasir gigiyena tələblərinə və qida normalarına cavab verən pulsuz, Mərkəzdə hazırlanmış isti yeməklə təmin edilirlər. Yeməklər hazırlanarkən, Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşı, sağlamlıq vəziyyəti və dini ənənələri nəzərə alınır.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Mərkəzdə sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Onların Mərkəzdə insan ləyaqətini alçaldan şəraitdə saxlanılması qadağandır.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə sahəsi hər nəfərə dörd kvadrat metrdən az olmayan yaşayış otaqlarında saxlanılır və fərdi çarpayı, habelə yataq ləvazimatları ilə təmin olunurlar.
Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin münasib paltarı olmadıqda, onlar iqlimə uyğun paltarla təmin edilirlər. Belə paltar insan ləyaqətinə uyğun olmalı, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə verilən paltardan fərqlənməlidir.
13:31 / 03 Sentyabr 2026
1
13:27 / 03 Sentyabr 2026
15
13:18 / 03 Sentyabr 2026
29
13:08 / 03 Sentyabr 2026
70
12:55 / 03 Sentyabr 2026
29
12:39 / 03 Sentyabr 2026
52
12:33 / 03 Sentyabr 2026
107
12:28 / 03 Sentyabr 2026
52
12:23 / 03 Sentyabr 2026
53
12:20 / 03 Sentyabr 2026
42
12:11 / 03 Sentyabr 2026
52
12:04 / 03 Sentyabr 2026
60
11:56 / 03 Sentyabr 2026
371
11:55 / 03 Sentyabr 2026
44
11:47 / 03 Sentyabr 2026
54
11:41 / 03 Sentyabr 2026
57
11:34 / 03 Sentyabr 2026
53
11:13 / 03 Sentyabr 2026
56
11:00 / 03 Sentyabr 2026
52
10:50 / 03 Sentyabr 2026
72
10:18 / 03 Sentyabr 2026
72
10:16 / 03 Sentyabr 2026
81
10:14 / 03 Sentyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.