Gəncədə ağır qəza
22 Noyabr 2026, 14:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
264
29.10.2024, 21:23
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə fəaliyyət göstərən ödəniş təşkilatları və elektron pul təşkilatları Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) müvafiq lisenziya əldə etməlidirlər.
AMB-dən OXU24.COM -a bildirilib ki, həmin Qanunun 65.1-ci maddəsinə görə Mərkəzi Bank lisenziya almış ödəniş təşkilatları və elektron pul təşkilatının ictimaiyyət üçün açıq olan reyestrini tərtib edir. Beləliklə, hər hansı şəxsin müvafiq fəaliyyət növü üzrə lisenziyasının mövcudluğu Mərkəzi Bankın rəsmi internet səhifəsində dərc olunan ödəniş və elektron pul təşkilatlarının siyahısından (//www.cbar.az/page-853/electronic-money-institutions) yoxlanıla bilər.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 51.3-cü maddəsinə əsasən Mərkəzi Bank maliyyə bazarlarında lisenziya (icazə) tələb edən fəaliyyətin müvafiq lisenziya olmadan göstərilməsi faktını aşkar etdikdə belə fəaliyyətlə məşğul olan şəxslərə bu fəaliyyətin və təqdim edilən xidmətin (məhsulun) reklamının və ya hər hansı digər formada yayımlanmasının dərhal dayandırılması tələbi barədə bildiriş təqdim edir. Mərkəzi Bank bu barədə məlumatı özünün rəsmi internet səhifəsində və mediada açıqlayır, habelə qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) müraciət edir.
Bu baxımdan lisenziyası olmadan ödəniş və ya elektron pul təşkilatı kimi qanunsuz fəaliyyət göstərən şəxslər aşkar edildiyi təqdirdə bu barədə Mərkəzi Bankın (//contact.e-cbar.az/) məlumatlandırılması xahiş olunur. Mərkəzi Bank tərəfindən məlumat verən şəxs barədə konfidensiallıq təmin olunacaq.
14:27 / 22 Noyabr 2026
77
14:11 / 22 Noyabr 2026
105
13:47 / 22 Noyabr 2026
217
13:20 / 22 Noyabr 2026
106
12:51 / 22 Noyabr 2026
131
12:30 / 22 Noyabr 2026
243
12:17 / 22 Noyabr 2026
1094
11:38 / 22 Noyabr 2026
1307
11:12 / 22 Noyabr 2026
251
10:51 / 22 Noyabr 2026
729
10:47 / 22 Noyabr 2026
239
10:38 / 22 Noyabr 2026
156
10:16 / 22 Noyabr 2026
931
09:15 / 22 Noyabr 2026
1043
08:56 / 22 Noyabr 2026
414
01:34 / 22 Noyabr 2026
229
01:33 / 22 Noyabr 2026
197
23:53 / 21 Noyabr 2026
1099
23:41 / 21 Noyabr 2026
374
23:11 / 21 Noyabr 2026
1821
23:00 / 21 Noyabr 2026
199
22:47 / 21 Noyabr 2026
630
22:32 / 21 Noyabr 2026
261
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.