Bakıda beynəlxalq neft ticarəti və logistika forumu keçiriləcək
18 Aprel 2026, 11:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
288
29.10.2024, 14:55
Yeni Suraxanı qəsəbəsində yerləşən 89 saylı orta məktəbdə qəribə hadisə yaşanıb. Dərs başa çatdıqdan sonra müəllimlər məktəbi tələsik tərk ediblər. Məktəbin qapıları bağlandığından bəzi şagirdlər axşam saatlarına qədər içəridə qalıblar.
Oxu24.com xəbər verir ki, bu barədə Bakupost.az-a hadisənin şahidi olan qəsəbə sakini bildirib.
Baş verənlərlə bağlı videonu redaksiyaya təqdim edən vətəndaşın sözlərinə görə, 89 saylı məktəbdə sinif otaqlarının sayı az olduğu üçün ikinövbəli dərs sistemi tətbiq olunur: “İkinci növbənin dərsləri saat 13:00-da başlayırdı. Hazırda dərslər bir saat gec - saat 14:00-da başlayır. Saat 18:50-də dərslər bitir. Mən saat 19:00-da məktəbin yaxınlığından keçirdim. Orada olanda müşahidə etdim ki, on dəqiqə ərzində müəllimlər, digər işçilər qapıları bağlayıb məktəbi tərk ediblər. Ancaq bəzi uşaqlar içəridə qalıb. İşıqlandırma sistemi yoxdur, hər tərəf tamamilə qaranlıqdır. Uşaqlar məktəbin hasarından düşürdülər. Soruşuram, bala, burada neynirsiniz? Deyirlər, bizi içəridə qoyub gediblər. Yəni məktəbdə bu dərəcədə intizamsızlıq var. Bunun bir səbəbi də sinif çatışmazlığıdır”.
Məsələ ilə bağlı 89 nömrəli tam orta məktəbə sorğu ünvanladıq. Məktəbdən “Qafqazinfo”ya bildirildi ki, ötən gün ikinci növbənin dərsləri saat 18:50-də başa çatıb və birinci giriş qapısı gözətçi tərəfindən saat 19:15-də bağlanıb: “Məktəbdə birgə fəaliyyət çərçivəsində saat 19:00-21:00 aralığında voleybol məşğələsi keçirildiyinə görə həmin müddət ərzində digər giriş qapısı açıq saxlanılır.
Həmçinin oxuyun
Hər gün bütün şagirdlər evə yola salındıqdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi tərk edir. Məktəbdə tədrisin təşkili və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır”.
11:59 / 18 Aprel 2026
32
11:56 / 18 Aprel 2026
36
11:52 / 18 Aprel 2026
109
11:42 / 18 Aprel 2026
243
11:40 / 18 Aprel 2026
39
10:02 / 18 Aprel 2026
60
10:00 / 18 Aprel 2026
76
09:50 / 18 Aprel 2026
61
09:36 / 18 Aprel 2026
65
09:30 / 18 Aprel 2026
69
08:45 / 18 Aprel 2026
61
08:41 / 18 Aprel 2026
62
08:38 / 18 Aprel 2026
70
00:43 / 18 Aprel 2026
204
00:02 / 18 Aprel 2026
157
23:45 / 17 Aprel 2026
100
23:43 / 17 Aprel 2026
3436
23:41 / 17 Aprel 2026
106
23:39 / 17 Aprel 2026
364
23:35 / 17 Aprel 2026
239
23:29 / 17 Aprel 2026
179
23:10 / 17 Aprel 2026
467
23:07 / 17 Aprel 2026
5101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.