Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda 180-ə yaxın məktəb odunla qızdırılır

Azərbaycanda 180-ə yaxın məktəb odunla qızdırılır

CƏMİYYƏT

265

29.10.2024, 13:35

Azərbaycanda əvvəl odunla qızdırılan 180-ə yaxın məktəb bu il tam qazlaşdırılacaq.

Oxu24.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.

Onun sözlərinə görə, təhsil müəssisələrində istiliklə əlaqəli hazırlıq işləri davam edir:

"Ərazilər üzrə gündəlik təchizatın çatdırılması təmin edilir. Hesab edirəm ki, istiliklə əlaqəli bugünkü vəziyyət qənaətbəxşdir".