Qaynar xətt:

(+99450) 247 90 86

2027-ci ildə kosmosa səyahət mümkün olacaq - 12 dəqiqə üçün...

2027-ci ildə kosmosa səyahət mümkün olacaq - 12 dəqiqə üçün...

CƏMİYYƏT

343

27.10.2024, 12:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çin kosmik turizm sektorunda iddialı addım atıb.

OXU24.COM xəbər verir ki, ölkə 140 min dollara 12 dəqiqəlik kosmosa səyahət təklif etməyi planlaşdırır. Çinin bu addımı kosmosa səyahətin gündən-günə populyarlaşmasına və bu sahədə yeni bazarın yaranmasına səbəb ola bilər.

Məlumata görə, suborbital kosmos səyahətinin müddəti 12 dəqiqə olacaq. Çinin şərqindəki Jianqsu əyalətində yerləşən şirkət ilk biletlərini oktyabrın 24-də satışa çıxarıb və canlı yayım zamanı cəmi 20 dəqiqə ərzində sata bilib.

Bildirilir ki, şirkət artıq 2027-ci ildə ilk uçuş üçün iki bilet satıb.